Hz. Əli’nin (ə.s.) Əshabı – Cabir ibn Abdullah #3

…Onların ilki Əli b. Əbu Talib, O’ndan sonra oğlu Həsən, O’ndan sonra oğlu Hüseyn, O’ndan sonra Əli b. Hüseyn, O’ndan sonra Tövrat’da Baqir kimi xatırlanan Muhumməd b. Əli’dir. Sən O’nu görmə səadətinə nail olacaqsan. O’nu görəndə, salamımı ona çatdır. O’ndan sonra Cəfər b. Muhamməd, O’ndan sonra Musa b. Cəfər, O’ndan sonra Əli b. Muhamməd, O’ndan sonra Həsən b. Əli, O’ndan sonra da adaşım və həmkünyəm olan, Allah’ın yer üzündə­ki qullarına dəlili və xəlifəsi Muhamməd’dir (Mehdi). O, Həsən Hərbi’nin oğludur. Uca Allah şərq və qərbi O’nun əliylə fəth e­dəcəkdir. O, uzun müddət qeybə çəkiləcəkdir. Allah’a iman edənlərdən başqa heç kim, O’nun imamətinə daima sadiq qalmayacaqdır.’

Mən, ‘Ey Rəsulallah! O’nun qeyb dövründə dostları O’ndan faydalana biləcəkmi?’ deyə soruşdum. Peyğəmbər, ‘Bəli, Məni Peyğəmbərliyə seçən Allah’a and olsun ki, insanlar buludun arxasında gizlənən günəşdən necə faydalanırsa, dostları da O’nun nur, bərəkət, varlıq və və­layətindən faydalanacaqlar’ buyurdu. Allah Rəsulu sonra belə davam etdi: “Ey Cabir! Sənə anlatdığım bu sirr Allah’ın gizli sirlərindəndir. Bu sirri saxla və ləyaqətsizə anlatma!”

 Cabirin Hz. Hüseynin qəbrini ziyarət etməsi

Cabir b. Abdullah, Hz. Hüseyn’in qəbrini ziyarət etmək şərəfinə də nail olmuşdur. Atiyyə-i Kufi bu ziyarəti belə nəql edir: “Cabir b. Abdullah Ənsari ilə bərabər Kərbəlada İmam Hüseyn’in qəbrini ziyarət etmək şərəfinə nail olduq. Ora çatanda Cabir ziyarət ədəbini yerinə yetirdi. Əvvəlcə Fərat çayında qüsl aldı, ən gözəl və təmiz paltarlarını geyindi, gözəl ətirlər sürtdü. Sonra yavaş addımlarla zikr söyləyərək Hüseyn’in qəbrinə doğru hərəkət etdik. Qəbrə yaxınlaşanda, əlini qəbrin üzərinə qoymaq üçün məndən yardım istədi. Çünki gözləri görmürdü. Əlini qəbrə qoyduqdan sonra Əli, Fatimə və övladlarına edilən zülmü, işkəncələri xatırladı və huşunu itirərək məzarın üzərinə yıxıldı. Mən qaçıb su gətirdim və üzünə səpdim. Özünə gələndə belə səsləndi: Ey Hüseyn! Ey Hüseyn! Dost dostun cavabını verməzmi?!’…

Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 264