İmam Hüseyn (ə.s) Kimdir və Kərbəla Şəhidliyinin Hikməti

İmam Hüseyn (ə.s) Əhli-Beytdən olub; Allah Rəsulunun (s.ə.v) nəvəsi, Hz. Əli (ə.s) və Hz. Fatimənin (s.ə) övladıdır. O, Rəsulullahla (s.ə.v) sona yetmiş  Nübüvvət nurunun davamı olan Vilayət nurunun daşıyıcısı, Allah Təala tərəfindən İslamın əsaslarını Muhamməd ümmətinə öyrətməyə məmur edilmiş məsum imamlardan üçüncüsüdr.

Onun (ə.s)  şəhadət məsələsinə Əhli-Beyt məntiqi ilə yanaşmaq lazımdır.

İmam Hüseyn (ə.s), anası, atası və böyük qardaşı ilə birlikdə cəddi Rəsulullahın (s.ə.v) yanında yetişib boya-başa çatmış canlı Quran nümunələrindəndir.

Əlbəttə, İmam Hüseynin (ə.s) həyatından bəhs edən bir əsər qələmə alarkən diqqət ediləcək ən önəmli hadisə, onun  şəhadət şərbətini içdiyi Kərbəla hadisəsidir.

Kərbəla hadisəsini şərh edərkən  bu hadisəyə aid olan iki vacib məqama da diqqət etmək lazımdır.

Birinci məqam qan və zülm; digəri  isə bu zülmün qarşısında səbrlə aparılan mübarizə, qətiyyət, əzmkarlıq, fədakarlıq, qəhrəmanlıq, şücaət və bunlarla bərabər Cənabı-Haqqa olan yaxınlıq və məhəbbətdir.

Daha da  önəmlisi isə nəfsin hesaba çəkilməsidir.

Həmçinin bu hadisənin Rəsulullahın (s.ə.v) vəfatından yarım əsr keçdikdən sonra baş verdiyini unutmaq olmaz.

Hz. Peyğəmbərin (s.ə.v) reyhanı Hz. Hüseyn (ə.s) Onun (s.ə.v) “ümmətim” dediyi insanlar tərəfindən şəhid edilmişdir.

Bundan əlavə,  bu qətliamı törədənlər bir neçə gün əvvəl  Hz. Hüseynin (ə.s) arxasında duraraq namaz qılan kufəlilər idi.

Qısaca İmam Hüseynin (ə.s) qiyamı, halal ilə haramın bir-birinə nüfuz etdiyi bir zamanda doğrunun ortaya çıxması üçün həyata keçirilmişdir.

Hz. Hüseyn (ə.s) bilərək ölümə getmişdir.

İmam Hüseynin (ə.s) bilərək ölümə getməsinin əsl səbəbi isə onun üçün müəyyən edilmiş imamət məqamı, imamət məqamının mütləq sahibi olması və ondan kənarda olanların mütləq şəkildə batil olmasıdır.

İmamət məqamına onun təyin edilməsinin sübut və isbatı bu yolda şəhid olmasıdır. Bu baxımdan ondan kənarda qalan hər bir şey batildir.

Sünni olaraq tanınan alimlərin öz görüşlərində imamətin Hz. Hüseyndən (ə.s) kənarda qalanlara və ona qarşı çıxanlara aid etmələri tamamilə batil bir görüşdür.

Mütləq olan və Allah tərəfindən təyin edilən İmam – Hz. Hüseyndir (ə.s).

O, dövrünün Peyğəmbər xəlifəsidir.

Mənbə: Prof. Dr. Haydar Baş, “İmam Hüseyin”, giriş bölümü.