Rəsulullah (s.ə.v.) belə buyurmuşdur: “Namaza itaət etməyən kimsə, namaz qılmamış sayılır. Namaza itaət etmək isə namazın, insanı çirkin və pis işlərdən uzaqlaşdırmasıdır”.
İmam Sadiqdən (ə.s), “Allahı tanıdıqdan sonra ən xeyirli iş nədir?” – deyə soruşulan zaman cavabında: “Allahı tanıdıqdan sonra heç bir şey namaza bərabər ola bilməz” – deyə buyurmuşdur (Emali ət-Tusi, 694/1478).
İmam Sadiqdən (ə.s), “Allah nəzdində işlərin ən sevimlisi və ən üstünü hansıdır?” – deyə soruşulan zaman belə buyurmuşdur: “Allahı tanıdıqdan sonra namazdan daha üstün bir şey tanımıram. Saleh bəndə İsa ibn Məryəm buyurmuşdur: (Allah) Mənə namazı tövsiyə (nəsihət) etdi” (əl-Kafi, 3/264/1).
İmam Əli (ə.s) buyurmuşdur: “Allah üçün, Allah üçün! Namaza qarşı diqqətli olun. Çünki namaz dininizin dirəyidir” (Şərh-i Nəhcul Bəlağa-i İbn-i Ebi`l-Hadid, 17/5).
Rəsulullah (s.ə.a) buyurmuşdur: “Namaz dinin dirəyidir” ( Kenzul Ummal, 188889).
Quranda bildirilir: “(Ya Rəsulum!) Qur’anda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək şübhəsiz ki, daha böyükdür. Allah nə etdiklərinizi bilir!” (Ənkəbut, 45).
Rəsulullah (s.ə.a) buyurmuşdur: “Bir bəndənin namazı, onu pis və çirkin işdən uzaqlaşdırmazsa, sadəcə Allahdan uzaqlığını artırar” (Kenzul Ummal, 20083).
İmam Sadiq (ə.s) buyurmuşdur: “Bilin ki, namaz yer üzündə Allahın qoyduğu əngəllərindəndir. Ona görə də kim namazından hansı faydanın gəldiyini bilmək istəyirsə, düşünsün: əgər namaz onu çirkin və pis işlərdən uzaqlaşdırmışsa, bunlardan uzaq olduğu ölçüdə namazından faydalanmışdır” (Meanil Ahbar, 237/1).
Rəsulullah (s.ə.a), namaz qıldığı halda pis işlər görən kimsə haqqında buyurmuşdur: “Qıldığı namaz, bir gün onu çirkin işlərindən uzaqlaşdıracaqdır”. Çox keçmədən həqiqətən də o şəxs tövbə etdi.
Rəsulullah (s.ə.a), gündüz namaz qılıb gecələr oğurluq edən kimsə haqqında buyurmuşdur: “ Çox keçmədən namazı onu bu işdən uzaqlaşdıracaqdır” (Məhəmməd Məhəmmədi Rey şəhəri, Mizanul-Hikmət).