Məkkə böyük bir qıtlıq içində idi. Həbibullah (s.ə.v), əmisi Əbu Talibin böyük bir ailəni dolandırmaqda çətinlik çəkdiyini görəndə, imkanlı əmisi Abbasa baş çəkdi və Əbu Talibin uşaqlarından hər hansı birini övladlığa götürməsini təklif etdi. Beləliklə, Cəfəri Abbas, Əlini də Hz. Muhamməd (s.ə.v) övladlığa götürdü.
Peyğəmbərimizin (s.ə.v) Hz. Əlini (ə.s) övladlığa götürməsi əmisinin kasıblığıyla əlaqədar idi. Bu onun yardımsevər bir insan olduğunu, qohumlarına və insanlara mərhəmətlə yanaşdığını göstərir. Hz. Zeyd buna əyani misaldır. Hz. Əlinin (ə.s) hələ uşaqlıq yaşlarından Peyğəmbərin tərbiyəsiylə və günahdan uzaq olaraq yetişdiyini mərhəmət nişanəsi kimi anlamaq olar. Bilindiyi kimi, sonralar vəlayətin başında dayanan Hz. Əliyə (ə.s) «vəlayətin şahı» deyilmişdir. Əlbəttə ki, onun da belə bir tərbiyəyə və Peyğəmbər kimi bir himayədara ehtiyacı olduğu üçün nübüvvətin sahibi olan Hz. Peyğəmbəri Allah (cc), vəlayətin şahı olan Hz. Əlini (ə.s) də Hz. Muhamməd (s.ə.v) tərbiyə etmişdir.
Peyğəmbərimizin (s.ə.v) Hz. Əlini (ə.s) övladlığa götürməsi və Hz. Əlinin (ə.s) anası Fatimə binti Əsədə olan sevgisi barədə geniş məlumatı Əhli-Beyt mənbələrindən almaq mümkündür.
Mənbə: Prof. Heydər Baş, “Rəhmətənlil aləmin” cild 1, səh. 64