Hz. Fatimə (ə.s)-ın vəfatından dərhal sonra

Hz. Əli (ə.s) Fatimə’nin (ə.s) yanına gələrək üzündəki örtüyü qaldıranda, baş ucunda bir məktub gördü:

“Rəhman və Rəhim olan Allah’ın adıyla. Bu, Rəsulullah’ın (s.ə.v) qızı Fatimə’nin vəsiyyətidir. Fatimə Allah’dan başqa ilah olmadığına, Muhammədin (s.ə.v) O’nun qulu və elçisi olduğuna, cənnət və cəhənnəmin varlığına, haqq və qiyamətin qopmasında şübhə olmadığına və Allah’ın ölüləri dirildəcəyinə şəhadət edir.

Ey Əli! Mən Peyğəmbərin (s.ə.v) qızı Fatiməyəm. Allahu-Təala dünya və axirətdə səninlə bərabər olmağım üçün məni səninlə evləndirdi. Sən digərlərindən mənə daha layiqsən. Gecəyarı məni qüsl et, kəfənlə, namazımı qıl, heç kimə xəbər vermədən məni dəfn et! Səni Allah’a tapşırıram! Uşaqlarıma qiyamətədək salam göndərirəm.”

 

Prof. Heydər Baş – Hz. Fatimə əsərindən