Hədislərdə Əhli-Beyt

Rəsulullah (s.ə.v) buyurur:

“Əhli-Beyt’im Nuhun gəmisi kimidir, bu gəmiyə minməyən boğular”, “La ilahə illallah Muhəmmədur-Rəsulullah” – deyən hər kəs mömindir, müsəlmandır”, “Bir müsəlmana qılınc çəkən bizdən deyildir”, “Bir müsəlmanı qəsdən öldürən əbədi cəhənnəmlikdir.”

Yəni müsəlmanın müsəlmana qanı haramdır. Müsəlmanın borcudur ki, müsəlman qardaşının canını, malını və inancını qorusun. Lakin bu gün İslam aləmində gerçəkləşən oyunlar məzhəb ayrılıqlarını bəhanə edərək müsəlmanı kafir elan etməkdən, onunla döyüşüb qan tökməkdən və müsəlmanların yaşadıqları əraziləri işğal edərək təbii ehtiyatlarını ələ keçirməkdən ibarətdir.

Şiə Hz. Əli’yə (ə.s) və Əhli-Beyt’ə tərəfdar olmaq, İmam Əli’ni (ə.s) sevmək və Onunla birlikdə olmaq deməkdir. Şiələr səhabə içində İmam Əli’ni (ə.s) sevənlərə, zühd və təqvada öndə olan səhabələrə verilən addır. Sonralar bu səhabələrlə heç bir əlaqəsi olmayan şəxslərin bidət və ya xürafələri şiəlik adı altında təqdim olunmuş və nəticədə uydurulmuş İbni-Səbə adlı bir şəxs şiəliyin qurucusu elan edilmişdir.

Bu gün İslam coğrafiyasında və onun təbii ehtiyatlarında gözü olan qüvvələr mütəmadi olaraq sünnilər arasında şiələrin, şiələr arasında isə sünnilərin yanlış yolda olması barədə fitnələr yayaraq onları bir-birinə qarşı qoymağa çalışır və “şiə batildir” şüarı ilə islam dininə girişərək şiəlik adıyla xürafələr uydururlar. Buna görə də bu hərəkatın mahiyyətini şərh etməyə, yəni şiəliyin Abdullah bin Səbə tərəfindən qurulması ilə bağlı yanlış iddiaya münasibət bildirməyə ehtiyac vardır.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh. 4