İmam Cəfər Sadiq (ə.s) Hz. Əbu Bəkr və Hz. Ömərin Hz. Əli’dən (ə.s) üstün olduğuna dair bir söz söyləmişdirmi?

Bəzi sünni alimlərinin iddialarından biri də odur ki, güya İmam Cəfər Sadiq (ə.s) Hz. Əbu Bəkr və Hz. Ömərin Hz. Əli’dən (ə.s) daha üstün olduğunu söyləmişdir. Halbuki, Əhli-Beyt soyunu davam etdirən bütün məsum imamlar canını bu yolda fəda edən İmam Hüseyn (ə.s) kimi həyatlarını “imaməti həqiqi sahibinə vermək” uğrunda mübarizəyə sərf etmişlər. Rəsulullah’dan (s.ə.v) başlayaraq hər bir imamın vəlayətin başı olan Hz. Əli (ə.s) barədəki sözləri ortadadır. Bu sözlər imamların digər səhabələrdən və ya ümmətdən üstün olmalarını vurğulamaq məqsədini deyil, ayə və hədislərə uyğun olaraq onların ümmət tərəfindən sevilmələrini, seçilmiş olmalarını və haqlarının təmin olunmasını bildirmək məqsədini daşıyır. Bunları inkar etmək ayə və hədislərə ziddir. Bu inkarın dinimizdə nə demək olduğu isə hər kəsə məlumdur. Bütün bunları inkar edənlər uydurma hədislərlə Hz. Əbu Bəkri üstün göstərməyə çalışmış və hətta onun Rəsulullah (s.ə.v) tərəfindən xəlifə təyin edildiyini iddia etmişlər. Həqiqətə zidd olan bu fikir zorla beyinlərə yeridilmişdir. Heç kim Hz. Əli’nin (ə.s) Hz. Əbu Bəkr, Hz. Ömər və Hz. Osmandan üstünlüyünü mübahisə obyektinə çevirə bilməz. Ortada Hz. Əli (ə.s) barədə Qədir Xum günü elan edilən “xəlifəlik və vasilik” bəyanatı olduğu halda, heç kim Rəsulullah’ın (s.ə.v) bunun əksinə çıxaraq başqa bir zamanda Hz. Əbu Bəkri işarət etdiyini söyləyə bilməz. Bu, Hz. Peyğəmbər’ə (s.ə.v) qarşı edilən bir töhmətdir. Bunun məsuliyyətindən qurtulmaq mümkün deyildir.

 

Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tovhidin mərkəzidir”, səh.20-21