Nikah müqaviləsi əvvəlcə mələklər aləmində bağlanmışdır.
Ənəs deyir: “Rəsulullah’a (s.ə.v) vəhy enəndə özündən getdi. Mən onun yanındaydım. Özünə gələndə buyurdu: ‘Ey Ənəs! Cəbrayılın Ərş sahibindən (Allah-Təala’dan) nə gətirdiyini bilirsənmi?’ Mən ‘Allah və Rəsulu daha yaxşı bilir’ dedim. Rəsulullah (s.ə.v) buyurdu: ‘Mənə əmr etdi ki, Fatimə’ni Əli ilə nigahlayım.’ Daha sonra Rəsulullah (s.ə.v) Ənəsi göndərdi ki, mühacir və ənsardan bəzilərini çağırsın. Onlar bir yerə toplananda belə buyurdu: ‘Həmd, nemətləri ilə tərif edilən və qüdrəti ilə itaət edilən Allah’a məxsusdur. Səltənətində itaət edilən, əzabından qorxulan, yanındakına rəğbət edilən, yer üzündə və göydə əmri keçən O’dur. O elə bir məbuddur ki, xalqı qüdrəti ilə yaratdı, hökmləri ilə onları bir-birindən ayırdı, dini ilə onlara izzət bağışladı, Peyğəmbəri Muhamməd (s.ə.v) ilə onları şərəfləndirdi. Allah sonradan yaratdığı kürəkən qohumluluğunu vacib edərək bir kürəkən vasitəsilə qohumları bir-birinə bağladı və qullarına da bu işi əmr etdi. Adı uca olan Allah belə buyurdu: ‘İnsanları sudan (nütfədən) yaradan, onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və sonradan qohum edən O’dur. Rəbbin (hər şeyə) qadirdir!’ (Furqan 54)
Hz. Fatimə (ə.s) ilə Hz. Əli’nin (ə.s) toy günü:
Nikah bağlanandan dərhal sonra toy olmamışdır. Hz. Əli’dən (ə.s) edilən rəvayətlərə görə, təxminən bir ay Hz. Fatimə (ə.s) Ata evində qalmışdır. Hz. Fatimə (ə.s) ilə Hz. Əli’nin (ə.s) toyları hicrətin ikinci ilində (m. 624) zilhiccə ayında olmuşdur. …
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: Prof.Dr. Haydar Baş, Hz. Fatıma, s. 159.