Hz. Əli’nin (ə.s) dünyaya gəlişi
Möminlərin Əmiri, vasilərin lideri İmam Əli’nin (ə.s) soyu aşağıdakı kimidir:
Əli b. Əbu Talib b. Əbdülmüttalib b. Haşim b. Əbdumənaf b. Qusay, b. Qılab b. Murrə b. Luəy b. Qalib b. Fihr b. Malik b. Nadir b. Kinanə b. Huzəymə b. Mudrikə b. Iyas b. Mudar b. Nizarb. Məadd b. Adnan’dır.
Babası Şeybət’ul-Həmd kimi bilinən Əbdülmüttalib’dir. Hz. Əli (ə.s) ilə Hz. Peyğəmbər’in (s.ə.v) soyu Əbdülmüttalib’də birləşir. Hz. Əli’nin (ə.s) atası Əbu Talib b. Əbdülmüttəlib’dir.
Əsl adı Əbdumənaf, bir fikrə görə İmran, digər fikrə görə Şeybə’dir. Məkkəyə gələn heyətlərin su paylama vəzifəsini o yerinə yetirirdi. O, bütpərəstliyi rədd etmiş, Allah’ın (c.c) birliyini qəbul etmişdir. Məhrəmlərin evlənməsini, qız uşaqlarının diri-diri basdırılmasını, zinanı, şərab içməyi və Allah’ın evini çılpaq şəkildə təvaf etməyi qadağan etmişdir.
Hz. Əli’nin (ə.s) anası Fatimə b. Əsəd b. Haşimdir. O, Hz. Peyğəmbərə (s.ə.v) ilk iman edən xanımlardandır. İslamdan əvvəl Hz. İbrahim’in (ə.s) dininə tabe idi. O, elə namuslu bir qadın idi ki, doğum sancıları gələndə o halıyla Məscid-ül Haram’a getdi və Kə’bənin divarına söykənərək dua etdi. İbn-i Qanəb bu hadisəni belə anladır:
“Əbdülmüttalib’in oğlu Abbas və bir neçə nəfərlə Kə’bənin tam qarşısında oturaraq söhbət edirdik.
Əsəd qızı Fatimənin Kə’bə’yə doğru gəldiyini gördük. Kə’bənin qarşısında durub belə dedi:
‘Ya Rəbbi! Sənə, peyğəmbərlərinə və onların kitablarına inanıram. Cəddim İbrahim’in haqq və söylədiklərinin də doğru olduğuna şəhadət edirəm. Bu evi Sənin əmrinlə inşa etdi. O’nun və qarnımda daşıdığım bu körpənin eşqinə bu doğumu Mənə asanlaşdır!’ Bu ərəfədə hamımızı heyrətə salan bir şey oldu. Hamımızın gözləri önündə Kə’bənin divarı yıxıldı və o dəyərli qadın addımlayaraq içəri girdi. Sonra da divar bitişib əvvəlki halına gəldi.
Gözlərimizə inanmırdıq. Özümüzə gələndən sonra hamımız təlaşla yerimizdən qalxıb Kə’bənin qapısına tərəf qaçdıq.
Amma qapı heç cür açılmırdı. İşin içində Kə’bənin Rəbbinin bir hikməti olduğunu anladıq.
Dörd gün sonra o uca xanım, qucağında qürurla tutduğu nur topu kimi bir körpə ilə Kə’bədən çıxdı… ‘Qeybdən gələn bir səs bu körpənin adını Əli qoymağımı istədi’ – dedi.”
“O gün Fil ili’nın 30-u, Rəcəb ayının 13-ü və cümə günü idi. Hicrətdən tam 23 il əvvəl…”
Hakim Nişaburi deyir:
“Hz. Əli’nin (ə.s) Kə’bədəki doğumu bizə dəqiq rəvayətlərlə çatmışdır.”
Alusi Bağdadi yazır:
“Hz. Əli’nin (ə.s) Kə’bədəki doğumu bütün dünyada məşhurdur. İndiyə qədər heç kəs bu fəzilətə nail olmamışdır.”
İmam Əli (ə.s) qardaşları Talib, Aqil və Cəfərdən kiçikdir. Əbu Talib’in bu dört oğlunun hər biri digərindən on yaş böyük idi. Hamısının anası Əsəd qızı Fatimə idi.
Prof. Dr. Haydar Baş, İMAM ƏLİ, s. 65.