İmam Cəfər Sadiqin (ə.s.) şəhadəti

İmam Cəfərin (ə.s) varlığı xəlifə Mənsuru çox narahat edirdi.

İmam (ə.s) əsla xilafətdə gözünün olmadığını dəfələrlə ona bildirmişdi. Ancaq Mənsur, Qəməri 148-ci ilin şəvval ayında öldürücü zəhəri valisi vasitəsilə İmama (ə.s) içirə bilmişdi. İmam (ə.s) onu içdikdən sonra dözülməz ağrılar çəkməyə başlamış və həyatının sonu gəldiyini anlamışdı.

İmam Cəfər (ə.s) bir çox nəsihətləri xalqın gözü qabağında beş nəfərə həvalə etdi:

Xəlifə Mənsura, Məhəmməd b. Süleymana, Abdullaha, oğlu İmam Musaya və xanımı Huməydəyə.

Mənsur, Mədinə valisinə məktubunda İmamın (ə.s) vəsiyyət etdiyi adamı öldürməyini əmr etmiş, ancaq vali: “O beş nəfərə vəsiyyət etmişdir. Onlardan biri də sənsən” dedikdə Mənsur “Bunları öldürməyin imkansızdır” demişdir.

İmam Cəfər (ə.s) bütün vəsiyyətini oğlu Museyi Kazıma (ə.s) etdi və Onu özündən sonra imam təyin etdi. Sadiq adamlarını ona yönəldərək Ona itaətdən çıxmamaqlarını tövsiyə etdi.

Xanımı Huməydəni çağıraraq qonşularını, xidmətçilərini evə toplamağını əmr etdi. Hamı evdə toplaşdıqda belə dedi:

“Namaza əhəmiyyət verməyənlərə bizim şəfaətimiz yetişməz”.

Həyatının son anlarına qədər ailəsinə ibadəti və gözəl əxlaqı tövsiyyə etdi. Qurandan ayələr oxudu. İmam Cəfər Sadiq (ə.s.) şəvval ayının 25-ci günü 65 yaşında şəhid olaraq Haqqa qovuşdu.

İmam Museyi Kazım (ə.s.) atasının cənazə işlərilə məşğul oldu. Sonra Onun namazını arxasında yüzlərlə insana qıldırdı. İmam Cəfərin (ə.s.) cənazəsi Cənnətül Baqi qəbiristanlığına gətirildi. Babası İmam Zeynalabidin (ə.s.) və atası İmam Muhamməd Baqirin (ə.s.) yanında dəfn edildi.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: “İmam Caferi Sadık” Prof.Dr. Haydar Baş