İmam Rzanın (ə.s.) şəhadəti

Tus xalqı Məmunun imam Rzanı (ə.s) zəhərlədiyinə inanırdılar. Məmun da xalqın onu bu şəkildə günahlandırdığını etiraf etmişdir. Məmun ölümündən dərhal əvvəl İmamın yanına getdi və belə dedi: “Ey Əfəndim! Allaha and içirəm ki, mənim üçün hansı müsibətin daha böyük olduğunu bilmirəm: səni itirməyim və səndən ayrılmağım, yoxsa insanların məni səni öldürməklə, sənə sui-qəsd təşkil etməklə ittiham etmələri?”

İmamın ölümündən iki gün sonra xalq toplanıb Məmunu nəzərdə tutaraq, “Onu bu adam öldürdü, ona alçaq şəkildə sui-qəsd təşkil etdi”- dedilər.

Məmun Abbasi xanədanı mənsublarına belə dedi: “… Onun vəziyyətini yüngül saymaq doğru deyil. Amma biz az-az onu gözdən salmaq vəziyyətindəyik ki, insanlara onun bu vəzifəyə (xəlifəliyə) layiq olmadığını göstərmiş olaq. Daha sonra onun meydana gətirdiyi bəlanı bizdən sovuşduracaq qəti bir həll yolunu taparıq”.

Əhməd b. Əli əl-Ənsari, Əbu Tam əl-Hərəvidən belə rəvayət etmişdir: “Məmun İmam Rzanı (ə.s.) öz vəliəhdi elan edərək insanlara Onu dünya düşkünü olan bir insan kimi göstərmək istəmişdi. Beləcə insanlar nəzdindəki dəyəri düşəcəkdi. Ancaq bu gözlədiyinin tam tərsi oldu. İnsanların nəzdində fəziləti daha da yüksəldi. Bundan sonra Məmun ölkənin müxtəlif bölgələrindən kəlamçılar çağırdı. Məqsədi bu kəlamçılardan birinin Onun dəlillərini çürütməsini və dəyərini salmasını təmin etmək idi. O zaman alimlər vasitəsilə İmam Rzanın (ə.s.) elminin qeyri-kafiliyi xalq nəzdində bilinəcəkdi. Amma yəhudi, xristian, atəşpərəst, sabi, brahmanist, mülhit və naturalist bir bilici və ya  müsəlman qruplara mənsub hər hansı bir alim ona qarşı çıxdığı zaman, İmam dərhal onun dəlilini saf-çürük edib, onu susmaq məcburiyyətində qoyurdu.

Bu vaxt xalq, ‘Allaha and olsun ki, o, Məmundan daha çox xəlifəliyə layiqdir’ deyirdi. Məmunun cəsusları bu kimi şeylərin danışıldığını mütləq ona çatdırırdılar. Məmun da buna görə hirslənirdi və qısqanclığı daha çox artırdı.

Digər tərəfdən, İmam Rza (ə.s.) haqdan söz düşdükdə Məmuna səbr etməzdi. Bir çox vəziyyətdə Məmunun xoşuna gəlməyən cavablar verərdi. Bu da Məmunu hirsləndirər, kinini daha da artırar, amma bu kini üzə vurmazdı. Lakin bununla əlaqədar hiylə işlədərək İmamı zəhərləyib öldürməkdə tərəddüd etmədi”.

Tarixi qeydlərə görə, İmam Rza (ə.s.) Məmunun Ona verdiyi narı və ya üzümü yedikdən sonra ölüm əlamətləri Onda görülməyə başladı. Məmun gedəndən sonra vəziyyəti ağırlaşdı. Son sözləri bunlar oldu: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları (öləcəkləri) yerlərə gedərdilər…” (Âl-i İmran, 154)

“Allahın əmri əzəli hökmdür! (O, mütləq yerinə yetməlidir!)”(Əhzab, 38)

İmam Rza (ə.s.) Hicri 203-cü ilin Səfər ayının sonunda vəfat etdi. Tarixçilərin və ravilərin bir çoxu bu fikirdədir.

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: İmam Rıza, Prof. Dr. Haydar BAŞ