İmam Səccad (ə.s.) Hicri 95-ci (bəzi mənbələrdə 94) ildə Məhərrəm ayının 25-ci günü şəhid edilmişdir. Şəhadətlə şərəfləndirildikdə 57 yaşında idi.
Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik onu Hişam b. Əbdülməlikin əli ilə zəhərlətdirmişdir.
Zühri Vəlidin, İmam Zeynalabidin (ə.s.) barəsində belə dediyini qeyd etməkdədir:
“Əli b. Hüseyn (ə.s.) bu dünyada var olduqca mənə rahatlıq yoxdur.”
Həyatı əziyyət, məşəqqət, acı, ağrı ilə yoğurulmuş olan İmam (ə.s.), tarixdə tayı-bərabəri çətin rast gəlinən bir səbir və müqavimət göstərərək haqq mübarizəsini tamamlamış və şəhadətə çatmışdır.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: Prof. Dr. Haydar Baş, “İMAM ZEYNELÂBİDİN ES-SECCAD”