Hz. İsmayılın soyundan gələn ərəb qəbilələri, Hz. İbrahimlə göndərilən Hənif dininin gözəlliklərinin bir qismini mənimsəmişdilər. Onlar həyatlarını və yaşam tərzlərini bu adətlər çərçivəsində qurmuş; Allahın (c.c) bir olduğuna, Ona ibadət edilməsi gərəkdiyinə inanırdılar.
Ərəblər müqəddəs qəbul etdikləri vəzifələri yerinə yetirməyə səy göstərirdilər. Ən əsası isə Kəbəyə qarşı xüsusi bir həssaslıq vardı. Belə ki, Kəbəni onlara əmanət edilmiş müqəddəs bir dəyər olaraq qoruyub saxlayırdılar. Kəbənin təmizliyi, ziyarətə gələnlərin qarşılanması,su ehtiyaclarının təmin edilməsi və s. əsas vəzifələrdən hesab edilirdi.
Lakin Hənif dini üzrə yaşam tərzi çox uzun sürmədi. Zaman keçdikcə bu dinə bağlı insanlar azalmağa, batil və bütpərəst düşüncələr isə artmağa başladı.
Amr b. Luhay, Suriya yaxınlığında gördüyü bütləri Kəbə ətrafına gətirməklə bütpərəstliyi burada yaymış oldu. Hər bir ərəb qəbiləsi özünə məxsus bir büt düzəltməyə başladı.
Həcc, ümrə, tavaf və qurban kəsmə kimi ibadətlər qalsa da, bu ayinlər artıq Hənif dininin qoymuş olduğu qaydalarla keçirilmirdi. Beləliklə, Hz. İbrahimdən gələn Hənif dininin qarşısı alınaraq batil bütpərəstliklə Ərəb yarımadası cahiliyyət dövrünə keçdi.
Mənbə: PROF.DR. Heydər Baş, “Rəhmətən Li’l Aləmin. Hz.Muhəmməd” (sav), cild-1.Səhifə.49,50