Səlman Farisinin şəhadəti
Səlman barədə İmam Sadiq (ə.s) belə buyurur: “İmanın on dərəcəsi vardır. Miqdad səkkiz, Əbuzər doqquz və Səlman isə hamısına sahibdir.” Kəşşi, İmam Sadiq’in (ə.s) belə dediyini rəvayət edir: “Səlman elmi, əvvəli və axiri öyrənmişdi. O, elm dəryasıdır. O, biz Əhl-i Beyt’dəndir.”
Səlmanın ən böyük fəzilətlərindən biri də, Hz. Əli’nin (ə.s) möcüzəli şəkildə Mədinədən Mədainə gələrək, Səlmanın qüsl, kəfən və dəfn işlərini yerinə yetirməsi olmuşdur.” Cabir b. Abdullah Ənsari belə anladır: “Bir gün Hz. Əli (ə.s) Mədinədə bizimlə sübh namazını qıldıqdan sonra camaata belə dedi: ‘Ey camaat! Uca Allah, qardaşınız Səlmanın vəfatı ilə əlaqədar səbr etdiyinizə görə sizlərə mükafat versin!’ Sonra Allah Rəsulu’nun sarığını, cübbəsini geyinib, qılıncını götürdü və dəvəsinə minərək Qəmbər ilə bərabər Mədainə yollandı. Yolda gedərkən, Qəmbərə ona qədər saymasını söylədi. Qəmbər bu hadisəni belə anladır: ‘Saymağa başladım və on deyəndə Səlmanın evinin önündə olduğumuzu gördüm.’ Səlmanın dostlarından olan Zadan belə deyir: ‘Ey Səlman! Səni kim qüsl edəcək?’ deyə soruşdum. Səlman, ‘Rəsulullah’ı qüsl edən adam’ dedi. Zadan, ‘Söylədiyin adam İmam Əli’dir. Amma O, indi Mədinədədir. Bu necə ola bilər? Min fərsahlıq yoldan gəlib səni necə qüsl edə bilər?’ deyə soruşdu. Səlman, ‘Mən öldükdən sonra çənəmi bağlayanda, O’nun ayaq səslərini eşidəcəksən. Çünki Allah’ın Rəsulu bunu mənə xəbər vermişdi’ dedi. Zadan belə deyir: “Səlman öldü və mən çənəsini bağlayıb bayıra çıxanda, Hz. Əli’nin Qəmbərlə evin önündə dəvədən endiklərini gördüm. Hz. Əli Səlmanı qüsl edib kəfənlədikdən sonra dəfn etdi.”
Səlman Farisinin ölüm tarixi dəqiq deyildir. Tarixçilərdən bəziləri hicri 25, digərləri isə hicri 35-ci ildə Osmanın xilafəti dövründə vəfat etdiyini söyləyirlər.
Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 261-262.