- Hucr və yoldaşlarının Kufə valisinə qarşı çıxmaları
Hz. Əli (ə.s) dövründə Kufə ədalət şəhəri idi. Ancaq İmam’ın ölümündən bir il sonra Muaviyənin təyin etdiyi valilər, xalqa əziyyət verməyə başladılar. Nəticədə Kufə can və mal güvənliyinin olmadığı bir şəhərə çevrildi. Muaviyə ilk dəfə Muqayrə b. Şabini Kufəyə vali təyin edərək ona belə dedi: “Əli’yə və onların dostlarına lənət etməkdən çəkinmə! Əli’nin dost və yaxınlarına güvənmə!” Muqayrə Muaviyənin dediyi kimi etdi. Hucr b. Atiyy bu zülm və dinsizliyə görə dəfələrlə Muqayrəyə qarşı çıxdı və ona belə dedi: “Ey Muqayrə! Mən şəhadət edirəm ki, təhqir və lənət etdiyin şəxslər, tərif etdiklərindən daha üstün və tərifə daha layiqdirlər.” Muqayrə isə hədələyərək, Hucru üstələməyə çalışdı və “Unutma ki, əmirin qəzəbi səni həlak edər” dedi.
İbn-i Əbi’l Hadid deyir: “Muqayrə Muaviyəyə xoş gəlmək üçün, şəxsən özü Hz. Əli’yə (ə.s) lənət oxuyur, bununla kifayətlənməyərək xətiblərə minbər və kürsülərdə Hz. Əli’yə (ə.s) lənət oxumalarını əmr edirdi. İtaət etməyənləri isə işkəncə və ölümlə hədələyirdi. Bir gün Muqayrə Hucr b. Atiyyi minbərdə Hz. Əli’yə (ə.s) lənət oxumağa vadar etdi. Ancaq Hucr onun istəyinin əksinə hərəkət edərək, minbərdən xalqa belə səsləndi: “Ey Kufəlilər! Valiniz Məndən Hz. Əli’yə lənət etməyimi istəyir. Sizlər də ona (Muqayrəyə) lənət oxuyun!” Kufə xalqı bir ağızdan “Allah ona (Muqayrəyə) lənət etsin!” dedilər. Muqayrə ona lənət edildiyini anlamasına baxmayaraq, heç bir şey demədən məsciddən çıxıb getdi. Muqayrə, ömrünün sonlarında Hucr və yoldaşlarının Beytü’l-Maldan aldıqları haqlarını və dolanışıqlarını kəsdi…
Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 267-268