Əhli-Beyt və İmam Əli (ə.s)

    Peyğəmbərimiz (s.ə.v) Vida Həccində, “Sizə iki əmanət buraxıram. Biri Allah’ın kitabı Quran, digəri nəslim Əhli-Beyt’dir. Onlara sarıldığınız müddətcə hidayətdəsiniz” buyurdu.

    Əhli-Beyt Qurani-Kərimdə Cənab-Haqq’ın (c.c) doğru, təmiz, sevilməsi şərt olaraq vəsf etdiyi Peyğəmbər ailəsidir. Onlara ən başda Hz. Peyğəmbər (s.ə.v), anamız Hz. Fatimə (ə.s), İmam Əli (ə.s), İmam Həsən (ə.s) və İmam Hüseyn (ə.s) aiddir. Qurani-Kərimdə Əhli-Beyt haqqında enən ayələrdən bəziləri bunlardır:

    1. Təthir ayəsi:
      “Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (Əhzab 33).
    2. Məvəddət ayəsi:
      (Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beyt’ə sevgidən) başqa bir şey istəmirəm” (Şura 23).İmam Şafi Əhli-Beyt’i sevməyin fərz olduğunu vurğulamışdır.
    3. Mübahələ ayəsi:
      «(İsanın Allah’ın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsa’nın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allah’a) dua edib yalançılara Allah’ın lənət etməsini diləyək!” (Ali İmran 61).
    4. Əbrar ayələri (İnsan 5-21):  İnsan surəsinin 8-ci ayəsi də Əhli-Beyt haqqındadır. “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər” (İnsan 8).

    Əhli-Beyt ifadəsi Qurani-Kərimdə (Əhzab, 33) işlənir. Əhli-sünnə ifadəsi isə ilk dəfə hicri 110-cu ildə ölən Məhəmməd b. Sirin tərəfindən işlədilmişdir. Əhli-Sünnə, dində bidətlərin ortaya çıxmasından sonra, sünnənin müdafiə olunması və ümmətin birliyinin qorunması məqsədi ilə ortaya atılmışdır. Yəni, Əhli-Sünnə ifadəsi, pozğun və batil cərəyanlar ilə haqq olanı ayırt etmək üçün meydana çıxmışdır. Bu mənada dindənkənar cərəyanlarla və batilə qarşı etdiyi mübarizə ilə İmam Əli (ə.s) Əhli-Sünnənin də ən qabaqda gələn adıdır.

    Peyğəmbər (s.ə.v) Qədr Xum xütbəsində İmam Əli’nin (ə.s) önəmini ən gözəl şəkildə ortaya qoyaraq buyurmuşdur:

    Ey insanlar! Bu sonuncu yığıncaqdır ki, sizlərə müraciət edirəm. O halda eşidin və itaət edin! Rəbb’iniz olan Allah’ın əmri qarşısında təslim olun! Çünki əziz və cəlil olan Allah-u Təala sizin mövlanız və iman etdiyinizdir. Allah’dan sonra (buanda) qarşınızda sizə müraciət edən O’nun Rəsulu Məhəmməd sizin vəlinizdir. Məndən sonrada Əli Allah’ın əmriylə sizin vəliniz və imamınızdır. İmamət məqamı O’ndan sonrada Allah və Rəsulu ilə görüşəcəyiniz günə (Qiyamətə) qədər O’nun övladlarından olan Mənim nəslimin haqqıdır. Allah’ın sizə halal buyurduqlarından başqa halal, haram etdiklərindən başqa heç bir haram yoxdur. Əziz və Cəlil olan Allah Mənə halal və haramı bildirmiş, Rəbb’imin Kitabından halal vəharamından Mənə öyrətdiyi hər şeyi Məndə O’na öyrətmişəm.

    Ey insanlar! Allah mövcud olan hər elmi Məndə bir araya gətirmişdir. Məndə öyrəndiyim hər elmi təqva sahiblərinin imamında (Əli’də bir araya) topladım. Var olan hər elmi mütləq Əli’yə öyrətdim. O’dur (Allah’ın Quran’da zikr etdiyi) İmam-ıMübin (açıqimam).

    Ey insanlar! O’ndan (Əli’dən) başqasına yönələrək yolunuzu azmayın. O’ndan üz çevirməyin. O’nun vəlayətindən ayrılmayın. O, haqqa hidayət edər və haqq ilə əməl edər. Batili ləğv edər və ondan çəkindirər. Allah yolunda qınayanların qınağı O’na əngəl ola bilməz. O, Allah’a və Rəsulu’na iman edən ilk kəsdir. Mənə iman məsələsində heçkəs O’ndan önə keçməmişdir. O, canıyla Allah Rəsulu’nun yolunda hər cür fədakarlığa qatlanmışdır. İnsanlardan heç kəs Allah’a ibadət etmədiyi bir zamanda O,  Allah Rəsulu ilə birlikdə idi. Namaz qılan ilk kəs O’dur. Mənimlə birlikdə Allah’a ibadət edən ilk kəsdə O’dur. Allah tərəfindən Məni əvəz etməsi üçün yatağıma uzanmasını əmr etdim. O da canını Mənə fəda edərək Mənim əvəzimə yatağıma uzandı.

    Ey insanlar! O’nu üstün bilin! Heç şübhəsiz, Allah O’na üstünlük vermişdir. O’nu qəbul edin! Şübhəsiz, Allah O’nu təyin etmişdir.

    Ey insanlar! O, Allah tərəfindən təyin edilən imamdır. Hər kim O’nun vəlayətini inkar edərsə, şübhəsiz Allah tövbəsini qəbul etməz və O’nu bağışlamaz. Allah’ın O’na qarşı çıxana belə davranacağı şübhəsizdir. Allah  ona belə edər və əbədiyyətə, sonsuza qədər şiddətli əzab verər. O halda, O’na qarşı çıxmaqdan çəkinin. Əks təqdirdə, yanacağı insanlarla daşlar olan və kafirlər üçün hazırlanan atəşə girərsiniz.

    Ey insanlar!  Allah’a and olsun ki, əvvəlki peyğəmbərlər və elçilər Məni  müjdələmişlər. Allah’a and olsunki, peyğəmbər və elçilərin sonuncusu, göy və yerdəki bütün yaradılmışların üzərindəki hüccətəm. Hər kim bu məsələdə şübhə edərsə cahiliyyə küfrü kimi kafir olar. Hər kim bu sözümdən nəyəsə şübhə edərsə, Mənə endirilənin hamısından şübhə etmiş olar. Hər kim imamların birinə şübhə edərsə, onların hamısına şübhə etmişdir. Kim bizim haqqımızda şübhəyə qapılarsa, heç şübhəsiz atəşdədir.

    Ey insanlar! Allah bu üstünlüyü Mənə bağışlamışdır. Bu O’nun Mənə bir minnəti və O’ndan Mənə bir ihsandır. O’ndan başqa ilah yoxdur. Əbədiyyətə, sonsuza qədər hər halım ilə O’na həmd və səna edərəm.

    Ey insanlar! Əli’ni üstün bilin! Çünki O, Allah ruzi endirdiyi və yaradılanlar baqi qaldığı müddətdə qadın və kişi bütün insanların ən üstünüdür. Bu sözü rədd edən və O’na uymayan kəs məlundur, məlundur, qəzəbə uğramışdır, qəzəbə uğramışdır! Bilin ki, Cəbrail Allah tərəfindən bu xəbəri Mənim üçün endirdi və belə buyurdu: ‘Hər kim Əli’yə düşmənlik  edər və vəlayətini qəbul etməzsə, lənətim və qəzəbim onun üzərinə olsun!’ Hər kəs sabahısı gün üçün əvvəldən nə göndərəcəyinə baxsın. Əli’yə  qarşı çıxmaqdan və ayağının sabit olduqdan sonra sürüşməsi ilə əlaqədar Allah’dan qorxsun! Allah etdiklərinizdən heç şübhəsiz xəbərdardır.

    Ey insanlar! Quran barədə düşünün, ayələrini anlamağa çalışın. Möhkəm ayələrinə baxın,  mütəşabih ayələrinin ardından qaçmayın. Allah’a and olsunki, Quran’ı tam mənada sizlərə açmaq və təfsirini vermək iqtidarında olan kəs əlindən tutduğum, O’nu özümə doğru yüksəltdiyim, çiynindən tutduğum, iki əlimlə qaldırdığım və sizlərə, ‘Mən kimin mövlası isəm Əlidə onun mövlasıdır’-deyə elan etdiyim şəxsdir. O, Mənim qardaşım, vasim (yerimə keçəcək olan) Əli b. Əbi Talib’dir. O’nun vəlayəti Mənə vəhy endirən Əziz və Cəlil olan Allah tərəfindəndir.

    Ey insanlar! Əli və O’nun soyundan olan təmiz uşaqlarım siql-i əsgər (kiçik dəyərli əmanət), Qurani səsiqli əkbərdir (daha böyük dəyərli əmanət). Bu ikisindən hər biri digərini xəbər verməkdə və onunla həm ahəngdir. Onlar Kövsər hovuzunun başında yanıma gəlincəyə qədər əsla bir-birindən ayrılmazlar. Bilinki, onlar insanlar arasında Allah’ın  əmin qulları və yer üzündəki hakimləridirlər. Bilinki, Mən vəzifəmi yerinə yetirdim! Bilinki, Mən təbliğ etdim! Bilinki, Mən elan etdim! Bilin ki, Mən açıqladım! Bilinki, Allah buyurmuşdur və Mən Əziz və Cəlil olan Allah adından danışıram. Bilinki, ‘Möminlərin Əmiri’ sadəcə Mənim bu qardaşımdır. Bilinki, ‘Möminlərin Əmiri’ olmaq Məndən sonra O’ndan başqa heç kəs üçün halal deyildir.”

    Hz. Əli’nin (ə.s) Əmirəl-Möminin olması birbaşa Allah’ın (c.c) əmri ilədir. Hz. Əli (ə.s) özündən əvvəlki xəlifələr dövründə Allah’ın əmrlərinin yerinə yetirilməsində köməkçi olmuş, verdiyi doğru hökmlərlə haqqı batildən ayırmışdır. Rəvayətlərə görə, Hz. Ömər xilafəti dövründə 70 dəfə “Əli olmasaydı, Ömər həlak olardı” demişdir.

    İbni Səbbağ yazır: “Adamın birini Hz. Ömərin yanına gətirdilər. “Səhəri necə açdın?” deyə soruşdular. Adam: “Fitnəni sevdiyim, Haqqı bəyənmədiyim, Yəhudi və Xristianları təsdiq etdiyim, görmədiyim şeyə iman etdiyim, yaradılmamış şeyi etiraf etdiyim halda səhəri açdım.” Ömər, Hz. Əlini çağırdı. Hadisəni ona izah etdi. Hz. Əli belə buyurdu: “Doğru söyləmişdir. Fitnəni sevməsindən məqsəd, Allah’ın Quranda buyurduğu kimi uşaqları və malı sevməkdir. Çünki Allah belə buyurur: “Şübhəsiz ki, mal-dövlətiniz və övladlarınız sizin üçün bir fitnədir.” Haqqı bəyənməməsindəki məqsəd fitnədir. Quran belə buyurur: “Ölüm sərxoşluğu haqq və həqiqət olaraq gəlmişdir.” Yəhudi və Xristianları təsdiq etməsindən məqsəd isə Allah’ın bu sözüdür: Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”, – söylədilər.Yəni, Yəhudilər Xristianların, Xristianlar da Yəhudilərin haqq olmadığını ifadə edirlər və eyni zamanda bir-birlərini təsdiq və təkzib edirlər. Bu adam da hər ikisini də təsdiq edərək, onları bu mövzuda təsdiqləyir. Görmədiyi şeyə iman etməsindən məqsəd, görmədiyi Allah’a iman etməsidir. Yaradılmamış şeyi etiraf etməsi isə, qiyamətdir ki, hələ yaradılmamışdır.

    Bununla əlaqədar Hz. Ömər belə dedi: “Əli’nin iştirak etmədiyi sual və cavablardan Allah’a sığınıram.” (Mənbə: İbni Sabbağ, el-Fusulul-Muhimmə cild 3, s. 18.)

    Həmidi, “əl-Cəm bəynəs-səhihəyn” kitabında belə rəvayət edir: “Hz. Ömər zamanında beş adamı gətirib onların bir qadınla zina etdiyini söylədilər. Ömər o beş adamın dərhal rəcm (daş-qalaq) edilməsini əmr etdi. Bu vaxt məscidə girən Hz. Əli verilən hökmü eşitdi və Hz. Ömərə dedi ki, “Burada Allah’ın hökmü sənin hökmündən fərqlidir.”  Hz. Ömər dedi: “Ey Əli! Zina etdikləri şübhəsizdir. Hökmləri də rəcmdir (daş-qalaq edilməkdir).” Hz. Əli, o beş adamın gətirilməsini istədi. Birincisinin boynunun vurulmasını, ikincisinin rəcm edilməsini, üçüncüsünə yüz qamçı, dördüncüsünə əlli qamçı, beşinciyə iyirmi beş qamçı vurulmasını əmr etdi.

    Hz. Ömər çaşqınlıq içində dedi: “Ey Əli, bu necə işdir? Bir məsələ haqqında beş ayrı hökm verdin.” Hz. Əli belə buyurdu: “Birincisi bir zimmi[1] idi. Müsəlman qadınla zina etdiyi üçün İslamın himayəsindən çıxmışdır.  İkincisi evli idi. Buna görə onu rəcm (daş-qalaq) etdik. Üçüncüsü subay olduğu üçün yüz qamçıyla cəzalandı. Dördüncüsü kölə olduğu üçün həddin yarısını tətbiq etdik. Beşincisi ağılsız olduğu üçün iyirmi beş qamçı təyin etdik.” Hz. Ömər dedi: “Əli olmasaydı, Ömər həlak olardı. Ey Əli! Sənin olmadığın ümmət içində yaşamaq istəmirəm.” Allah (c.c) şəfaətlərindən ayırmasın!

    [1]Əhli-zimməcizyə (vergi) vermək şərtiylə İslam dövləti içərisində yaşayan qeyri-müsəlman vətəndaş (zimmi).

    Prof. Dr. Haydar Baş

    15 Aprel 2014