İnsanları Allaha aparan tək yol, dindir. Bu dinin adı da «İslam»dır. İslam, ilk insan və ilk peyğəmbər Hz. Adəm ilə başlayan ilahi dinin adıdır. Hz. Adəmdən (safiyullah) sonra bütün peyğəmbərlərə və son peyğəmbər Hz. Muhammədə (s.ə.v) gələn din yenə İslam dinidir. Hz. Adəmlə başlayan İslam, bütün dövrlərdə eyni etiqadi əsasları bəyan etmişdir.
Peyğəmbərlərə gələn dində etiqad, ibadət, davranış hökmləri, ilahi hökmlərdə yer alır. Heç bir peyğəmbər dövründə etiqad əsaslarında dəyişiklik olmadığına görə, dəyişən qanun və qaydalar, zamanın ehtiyaclarına cavab verən davranışlara aid məsələlər, ibadətin formalarını müəyyənləşdirən hökmlərdir. Peyğəmbərlər, həmişə özlərindən əvvəlkiləri təsdiqləmiş və gələcəyi müjdələmişlər. Buna görə də, Qurani-Kərimdə buyurulur: «Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: «Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!» Sonra İsa (yaxud Muhamməd əleyhissəlam) onlara aşkar möcüzələrlə gəldikdə onlar: «Bu açıq-aydın bir sehrdir!» dedilər» (Səff, 6).
Şəriət hökmlərinin dəyişməsinə «nəsh» deyilir. Son Peyğəmbər Hz. Muhamməd Mustafaya gələn şəriət hökmləri, özündən əvvəl gələn şəriətlərin qanunlarını nəsh etmişdir. Onlar ləğv olunduğuna görə, keçmiş peyğəmbərlərin şəriətlərinə əməl etmək düzgün deyildir.
Bu gün isə, bu məsələdə Musəvi və İsəvilərin də cənnətlik olduğu iddia edənlər bu ayəyə əsaslanırlar: «İman gətirənlərdən, musəvi, isəvi və sabiilərdən Allaha, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar» (Bəqərə, 62).
Subkidən belə rəvayət olunur ki, bu ayə Səlmani Farisinin yoldaşları haqqında nazil olmuşdur. Səlman Həzrəti Rəsulun hüzuruna gələndə yoldaşlarının ibadət və fəaliyyətlərindən bəhs edərək: «Ya Rəsulullah! Onlar namaz qılır, oruc tutur, sənə iman edib haqq peyğəmbər olduğuna şəhadət edirlər» dedi. Səlman, onları tərif etməyi dayandıranda, Hz. Peyğəmbər: «Ya Səlman! Onlar cəhənnəm əhlindəndirlər» buyurdu. Bununla əlaqədar Allah, bu əzəmətli ayəni endirdi…
Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin” cild 1, səh. 145-146