İMAM HADİ (Ə.S)

    Allah tərəfindən təyin edilmiş İmamların onuncusu İmam Əliyyən-Nəqi-(Hadi)-dir.

    İmam Hadi, hicri 220-ci ildə Mötəsim dövründə imamət məqamına oturdu.

    İmam Hadi altı Abbasi xəlifəsi dövründə yaşamışdır. Bunlardan xəlifə Mütəvəkkilin  dövrü, İmam Hüseynin (Ə.S.) qəbrinin və ətrafındakı evlərin dağıdılmasını əmr edən Əhli-Beyt düşməni idi. O, özündən sonra  oğullarını yerinə vəliəhd təyin etmişdi.

    Xəlifə Mütəvəkkil, İmam Hadini Mədinədən gətizdirərək Samarrada həbs etdirdi. Belə ki, 244-cü ildə, yəni taxta çıxışından iki il sonra Yəhya ibn Hərsəməyə  Mədinəyə getməsini və İmam Hadini Samarraya gətirməsini əmr etdi.

    Yahya Mədinədə yaşananları belə təsvir edir:

    “Mədinəyə getdim. Şəhərə girəndə böyük bir həyacan yaşandı. İnsanların qışqırıq və fəryad səsləri yüksəlməyə başladı. İmam Hadi insanlara həmişə yaxşılıq edirdi. Dünya malına zərrə qədər belə meyli yox idi. Xalqı sakitləşdirməyə çalışdı. Ona bir pislik etmək əmri almadığımıza dair and içdim. Ondan sonra evində axtarış etdim. Evdə Müshəflərdən, dualardan və elmi kitablardan başqa bir şey tapa bilmədim. İmam gözümdə xeyli  böyümüşdü”.

    Mütəvəkkilin  İmam Hadini Samarraya gətirmə səbəblərindən birinin, Əhli-Beytə düşmənlik bəsləyən İmamül Hərəmeyn adlı şəxsin İmam haqqında xəlifəyə çatdırdığı mütəmadi xəbərlər nəticəsində olması mənbələrdə qeyd edilir.

    İmamın, xalqı özünə dəvət etməsinə dair məktubları danmasına baxmayaraq davam edən bu xəbərlər, Onun Samarrada nəzarət altında saxlanılmasına səbəb olmuşdur.

    İmam Hadi Samarraya səfəri əsnasında quraqlıq ərazidə su ilə dolu bir vadinin yerini karvana göstərmiş, yanına gələrək kor uşağı üçün dua istəyən qadına dua edərək uşağın gözlərinin açılmasına vəsilə olmuşdur. Kəramətlərlə keçən səfərin sonunda Samarraya gəlib çatmışdır.

    Xəlifə Mütəvəkkil, İmamı Samarrada Zavallılar Xanı deyilən yerə yerləşdirmişdir. Şeyx Müfid, İmamın Samarrada on il və bir neçə ay qaldığını yazır.

    İmamın kəramətləri burada da davam etmişdir.

    İmam Hadi, digər imamlar kimi xəlifələr tərəfindən ağır təzyiqlərə məruz qalmış, buna görə də təhlükəsizlik məqsədilə ciddi tədbirlərə əl atmışdır. Ancaq bunlarla yanaşı, Əhli-Beyt məktəbini də davam etdirmiş, Onu sevənlərə dualar etmiş, pozğun və batil cərəyanlarla daima mübarizə aparmışdır.

    Mütəvəkkil, İmam Hadinin bir çox kəramətinə şahid olmasına baxmayaraq, xilafət məqamını itirmə qorxusu ilə Ondan əl çəkmir, İmam Hadinin evini dəfələrlə axtarıb yoxladıqdan sonra həbs olunmasını əmr etmiş və Onu zindana atmışdır. İmam günlərlə zindanda qalmış, Onu ziyarət edən silahdaşı Sakra, “Ey Sakr, ağlama, çünki bizə bir pislik edə bilməzlər” deyə buyurmuşdur.

    Mütəvəkkil bir dəfə Onu hüzurunda öldürtmək üçün sui-qəsd planı hazırlamış, İmamın tək gəlməsinə baxmayaraq, sui-qəsd üçün tutulan adamlar Onun ətrafında yüz nəfər əli qılınclı adam görmüş və öldürməyə cəsarət edə bilməmişdilər.

    İmam, “Bu dünyada, kəsib atdığı dırnağı belə Allah qatında Səmud qövmünə göndərilən dəvədən daha qiymətli olan biri vardır. Dəvə öldürüldükdən sonra onun balası Allaha səsləndi. Bundan sonra Uca Allah Səmud qövmünə belə dedi: ‘Hələ üç gün də yurdunuzda yaşayın, sonra isə həlak olacaqsınız. Bu yalan olmayan bir vəddir’” dedi.

    İmamın bu sözlərindən üç gün sonra Mütəvəkkil öz oğlu Müntəsir tərəfindən öldürülmüşdür. Müntəsir, İmam Hüseynin qəbrinə ziyarət qadağasını ləğv etmiş, Fədək ərazisini İmam Hüseynin soyuna geri qaytarmışdır.

    İmam Hadi, cəddi digər imamlar kimi geniş bir elmə sahib idi. O, tibbi biliklərlə müqayisədə insanın görməsi mövzusunda heyranedici elmi biliyi ilə məşhurdur.

    İmam Hadi belə buyurur:

    “Məndən sonrakı imam, oğlum Həsəndir. Həsəndən sonrakı imam, oğlu Qaimdir. Yer üzü, zülm və haqsızlıqla dolduğu kimi, Qaim onu haqq və ədalətlə dolduracaqdır”.

    İmam Hadi, xəlifə Mötəzin hakimiyyəti dövründə hicri 254-cü il Rəcəb ayının 3-də şəhid edilmişdir.

    Allah şəfaətlərindən ayırmasın.