İmam Muhamməd Təqi (ə.s.)-ın şəhadəti

maxresdefault

Xəlifə Mütəsim, Əbu Cəfəri (ə.s.) öldürmək üçün bir yol düşünürdü. İmamın həyat yoldaşı və keçmiş xəlifə Məmunun qızı Ümmül-Fəzldən onu zəhərləməyini istəmişdi. Çünki Ümmül-Fəzlin İmamın təsirindən çıxdığını, onu hədsiz qısqandığını öyrənmişdi. Ümmül-Fəzl bu istəyi qəbul etdi.

Üzümə zəhər qataraq İmamın qabağına qoydu, İmam üzümü yedi, Ümmül-Fəzl etdiyinə peşman olunca ağlamağa başladı. İmam, “Niyə ağlayırsan? Allaha and olsun ki, Allah səni sonu gəlməz yoxsulluqla, gizlənilməz bir bəla ilə cəzalandıracaqdır” dedi. Belə ki, Ümmül-Fəzl daxili orqanlarındakı bir xəstəlikdən dolayı öldü. Qanaxmasını dayandıra bilmirdilər. Bu xəstəlikdən xilas olmaq üçün bütün malını xərclədi. Sonunda başqalarının malına möhtac qaldı.

Zəhər, İmam (ə.s.) üzərindəki təsirini çox şiddətli bir şəkildə göstərdi. Son nəfəslərini verərkən, dilindən Allahın zikri əskik olmadı.

İmam Məhəmməd Cavad (ə.s.) zəhərlənərək öldürüldüyü zaman, məşhur olan fikrə görə iyirmi beş yaşında idi.

Bu baxımdan yaş olaraq, pak və təmiz Əhli-Beyt İmamlarının (hamısına salam olsun) ən kiçiyidir. Qısa həyatını İslamın və Müsəlmanların izzəti, insanların mənəviyyatı, imana və təqvaya çağırılması yolunda xərclədi.

İmam Məhəmməd Təqi (ə.s.) Hicri 220-ci ilin Zilqədə ayının beşində çərşənbə günü şəhid edildi. Bir fikrə görə Zilhiccə ayının iyirmi beşində şəhid edilmişdir. Bəzilərinə görə Zilhiccənin altısında, bəzilərinə görə də Zilqədənin sonunda şəhid edilmişdir.

Onun şəhid edilməsi ilə imamət və İslamın məsum öndərliyinin parlaq ulduzlarından biri də söndürülmüş oldu.

 

Allah şəfaətlərindən ayırmasın!

Mənbə: “İMAM MUHAMMED ET-TAKI” Prof. Dr. Haydar BAŞ