Mədinədə məscidin tikilməsi

Mədinədə məscidin tikilməsi

Hicrət, bir dövlət qurmaq hərəkatı idi. Rəsulullah (s.ə.v), quracağı dövlət üçün bir məscidin lazım olduğunu bilirdi. Bunun üçün, ilk dəfə Mədinəyə gələndə dəvəsinin çökdüyü ərazini məscid üçün istifadə etdi. İki yetim uşağa aid olan bu ərazini satın alan Rəsulullah, burada şəxsən kərpic daşıyaraq işləmiş və kölgəlik verəcək qədər bir çardaq daşıyan sadə bir məscid tikdirmişdir. Sadəcə camaatla namaz qılmaq üçün deyil, müsəlmanların hər cür dini və dünyəvi ehtiyaclarını (söhbət, nikah, konfliktlərin həlli və s.), təlim-tərbiyə işlərini təmin edən Peyğəmbər Məscidi, həmçinin kənardan gələn təmsilçilərlə Allah Rəsulunun görüşdüyü yer olmuşdur. Beləliklə məscid həm mənəvi təlim və birliyin formalaşdığı bir mərkəz, həm təlim və təhsilin icra edildiyi bir məktəb, həm də dövlət işlərinin müzakirə olunduğu bir hökumət evi funksiyasını daşıyırdı.
Allah Rəsulu, ilk addımını şəxsən özünün iştirak edərək qısa zamanda tamamladığı bir məscidin tikintisindən başlaması, məscidin islamda nə qədər önəmli bir yer tutduğunu göstərir. Həmçinin məscidi sadə tikib, üzərinə düşən vəzifələri ülvi tutan Allah Rəsulu, bu əməlləriylə indiki müsəlmanlara da geniş bir üfüq açır. Deməli, müsəlman boğazından artıraraq Allahın razı olması üçün yüksəltdiyi məscidləri sadə tikdiyi kimi, orada Allah üçün qardaş olmağı, təlim-tərbiyə almağı, zikr etməyi ən ali məqsəd bilməli və gerçəkləşdirməlidir. Ancaq bu təqdirdə Allah Rəsulu nümunə götürülmüş, Allahın evi dəyərləndirilmiş və beləliklə Rəbbimizin razılığı alınmışdır.

Mənbə: prof. Heydər Baş, “Rəhmətən lil Aləmin” səh. 211