Rəsulullah (s.ə.v), Cəbrail (ə.s) ilə birlikdə cənnətin qapısına yaxınlaşdılar. Cənnətin divarları gümüş, mirvari, yaqut və zümrüddən idi. İncə, ağ və gözəl «Huri qızları»nın başlarında yaqutdan taclar vardı.
Cənnət əhli istədiyini yeyib içirdi. Çayların sahilləri ağ mirvaridən, çay daşları isə yaqut və zümrüddən idi. Daha sonra Rəsulullah (s.ə.v), Allahın onun üçün yaratdığı süddən ağ, baldan şirin, qardan soyuq, ətri müşkdən gözəl olan Kövsər hovuzunu gördü.
Peyğəmbər qırmızı yaqutdan bir köşk gördü. Bu, Hz. Əbu Bəkrin köşkü idi. Yaşıl zümrüddən bir köşk gördü. Bu, Hz. Ömərin köşkü idi. Yenə böyük və xoşagəlimli iki köşk gördü ki, bunlar da Hz. Osman və Hz. Əliyə aid idi.
Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin” cild 1, səh. 160-161