Xoş gəldin ey Şəhri-Ramazan!

    İslam aləmi mübarək Ramazan ayına girir.

    Bu ay haqqında Bəqərə surəsində, “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183) buyurulmuş və oruc əmr edilmişdir.

    Yenə Uca Allah, Qurani-Kərimdə, “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.” (Bəqərə surəsi, ayə 185) buyurar.

    Allahın razılığını ümid edərək oruclarımızı tutacağımız, qurtuluş yoluna aparan Qurani-Kərimi xətm edəcəyimiz mənəvi bir iqlimi yaşamağa başlayırıq.

    “Mən insanları və cinləri ancaq Mənə qulluq etsinlər deyə yaratdım” buyuran Cənabi-Haqqın yaradılış məqsədinə uyğun ibadət şüurunu qazanmanın ən gözəl vəsiləsidir Ramazan ayı.

    Yaradanın ağıllara belə gəlmədiyi, haqqla batilin bir-birinə qarışdığı günlərdən keçirik.

    Onun kitabı oxunmur; əmrləri, haram və halala diqqət yetirən yoxdur.

    Peyğəmbər Əfəndimizin, “Mən sizə iki əmanət buraxıram. Onlara sıx sarıldıqca əsla dəlalətə düşməzsiniz. Bunlar Allahın kitabı və mənim Əhli-Beytimdir” hədisində bəyan etdiyi Əhli-Beyti də könüllərdən az qala silinmişdir…

    “Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.” buyurulur Ali-İmran 19-cü ayəti-kərimədə.

    Məqsədimiz, Allaha çatmaq isə bunun yolu ayə və hədislərdə bəyan edildiyi şəkildə yaşamaqla olacaq!

    Neçə ildir, İslam aləminin Ramazan ayına qan və gözyaşı ilə girdiyinin vurğulayırıq.

    Hz. Peyğəmbər (s.ə.v.), “Bir Müsəlmanın haqsız yerə canına qıyan bizdən deyildir; bir Müsəlmanı qəsdən öldürən əbədi olaraq cəhənnəmlikdir” buyurur.

    İslam aləmi, bir-birinə silah çəkən Müsəlmanların arasını düzəltmək yerinə bu xaos mühitinə qarşı səssiz, Qərbdən gələcək əmrlərə ram olmuş bir halda təəssüf ki,…

    Hz. Peyğəmbər (s.ə.v.), Müsəlmanlar arasındakı bu qəflət halının, onların vətən torpağını müdafiələrinə də mane olacağını buyurmuşdur: “Hz. Səvban (r.ə.), rəvayət edir. Rəsulullah (s.ə.v.) buyurdular ki: ‘Sizi öldürmək üçün xarici qövmlərin, eynilə süfrəyə yığışan yeyicilər kimi bir-birlərini çağıracağı zaman yaxındır.’

     

    Orada olanlardan biri, ‘O gün sayımızın azlığındandırmı?’ deyə soruşdu.

    ‘Xeyr’ buyurdular. ‘Əksinə o gün siz çoxsunuz. Lakin sizlər bir selin gətirib yığdığı çör-çöp kimi heç bir ağırlığı olmayan çör-çöp vəziyyətində olacaqsınız. Allah düşmənlərinizin ürəyindən sizə qarşı qorxu duyğusunu çıxaracaq və sizin ürəklərinizə zəifliyi atacaq!’

    ‘Zəiflik də nədir ey Allahın Elçisi?’ deyildiyində, Hz. Peyğəmbər, ‘Dünya sevgisi və ölüm qorxusu’ buyurmuşdur.” (Əbu Davud, Məlahim, 5)

     

    İndiki zamanda bu halı yaşamırığmı?

    Rəsulullahın bir xəbərdarlığı ilə bitirək:

    “Hz. Ənəs (r.ə.) rəvayət edir. Rəsulullah (s.ə.v.) buyurdu ki: ‘Saleh əməllərə yapışın. Saleh əməllərə yapışın. Qiyamət qopmazdan əvvəl gecə qaranlığının parçaları kimi fitnələr zühur edəcək. O dövrdə adam, mömin olaraq səhərə çatar ancaq kafir olaraq axşama qovuşar. Mömin olaraq axşama çatar, ancaq kafir olaraq səhərə qovuşar. Bir çox kəslər azca bir dünyalıq müqabilində dinlərini satarlar.” (Tirmizi, Fitən, 30)

    Bu idrak etməyə başladığımız Ramazan ayı, tutulan oruclar, qılınan təravihlər və digər ibadətlər ilə saleh əməllərə yapışaraq razılığı və bağışlanma qazanacağımız xüsusi bir zaman dilimidir.

     

    Allah haqqıyla istifadəni nəsib etsin.