Salman Farisi belə deyir:
“Allah Rəsulunun (s.a.a.s), Hüseyni (ə.s) dizlərinin üstündə oturtdub, onu öpərək belə buyurduğunun şahidi oldum: “Sən böyüksən, böyük şəxsin oğlu və böyük şəxslərin atasısan. Sən imam oğlu imamsan və imamlar atasısan. Sən Allahın höccəti, Allah höccətinin oğlu və Allahın höccətlərinin atasısan ki, bunların da sayı doqquz nəfərdir və onların sonuncusu, bu ümmətin Qaimidir (İmam Zaman).” (Məqatəli Xarəzmi, c. 1, s. 146)