“Hüseyn məndəndir, mən də Hüseyndən.”

“Həzrət Peyğəmbəri (s.a.a.s) yemək süfrəsinə dəvət etmişdilər. Səhabələri ilə birlikdə oraya gedərkən gözü yolda oynayan Hüseynə (ə.s) sataşdı. Bu vaxt Peyğəmbər (s.a.a.s) səhabələrdən ayrılaraq Hüseynə (ə.s) tərəf getdi və bir qədər cəhd etdikdən sonra Hüseyni yaxalaya bildi. Onu bağrına basaraq, qucaqlayıb öpdü və belə buyurdu: “Hüseyn məndəndir, mən də Hüseyndən.”

Əhməd ibn Hənbəl, Müsnəd, c. 4, s. 172, Tirmızi, Mənaqib, 31