Hz. Peyğəmbərin (s.ə.v) Hz. Əli’ni övladlığa götürməsi 

Hz. Peyğəmbərin (s.ə.v) Hz. Əlini övladlığa götürməsi
 Məkkə böyük bir qıtlıq içində idi. Həbibullah (s.ə.v), əmisi Əbu Talibin böyük bir ailəni dolandırmaqda çətinlik çəkdiyini görəndə, imkanlı əmisi Abbasa baş çəkdi və onun uşaqlarından hər hansı birini övladlığa götürməsini təklif etdi. Beləliklə, Cəfəri Abbas, Əlini (ə.s) də Hz. Muhəmməd (s.ə.v) övladlığa götürdü.
Bu arada, döyüşlərdən birində əsir alınmış, bir necə dəfə yaşayış yerini dəyişmiş Zeyd b. Harisə adlı gənc bir ərəbi Hz. Muhəmməd (s.ə.v) xanımıyla almaq qərarına gəldilər. Müəyyən bir dövrdən sonra onun atası və əmisi, onu geri almaq üçün Məkkəyə gələndə, Hz. Zeyd onlara belə demişdir: «Sahibimdə elə bir şey gördüm ki, əbədi olaraq hamıdan çox ona üstünlük verəcəyəm». Bununla da Hz. Muhəmməd (s.ə.v), Kə’bənin önündə, Zeydi azad etdiyini və mənəvi övlad qəbul etdiyini hər kəsə elan etdi. Zeydin ata və əmisi də onun vəziyyətindən əmin olaraq geri döndülər.
Peyğəmbərimizin (s.ə.v) Hz. Əlini (ə.s) övladlığa götürməsi, əmisinin kasıblığıyla əlaqədar idi. Bu onun yardımçı bir insan olduğunu, qohumlarına və insanlara mərhəmətlə yanaşdığını göstərir. Hz. Zeyd buna əyani misaldır. Hz. Əlinin (ə.s)  hələ uşaqlıq yaşlarından peyğəmbərin tərbiyəsiylə yetişdiyini və günahın ondan çox nəsib ala bilmədiyini bir mərhəmət nişanəsi kimi anlamaq olar. Bilindiyi kimi sonralar vəlayətin başında dayanan Hz. Əliyə (ə.s) «vəlayətin şahı» deyilmişdir. Əlbəttə ki, onun da belə bir tərbiyəyə və Peyğəmbər kimi bir himayədara ehtiyacı olduğu üçün, nübüvvətin sahibi olan Hz. Peyğəmbəri Allah (cc), vəlayətin başı olan Hz. Əlini (ə.s) də Hz. Muhəmməd (s.ə.v) tərbiyə etdi.
Peyğəmbərimizin (s.ə.v) Hz. Əli’ni (ə.s) övladlığa götürməsi və Hz. Əli’nin (ə.s) anası Fatimə binti Əsədə olan sevgisi barədə geniş məlumatı Əhli-Beyt mənbələrindən almaq mümkündür.