…Bir sənətkarın öz əsərini istədiyi şəkildə ortaya qoya bilməsi, bir memarın tikmək istədiyi binanı əmələ gətirməsi üçün əllərində olan materialın başqaları tərəfindən daha öncə istifadə olunmaması, işlənməməsi, təzə olması daha məqsədəuyğundur. Bu zərurət, bir insan mədəniyyətinin formalaşdırılmasında özünü daha çox göstərir. Bir mədəniyyətdə, bir bina daşı kimi istifadə olunan hər hansı bir insanın fərqli bir formaya uyğunlaşması asan deyildir. Əvvəlki mühitindən gətirilən qırıntılar, yeni formalaşan strukturun üzərində uyğun gəlməyən izlər buraxacaqdır. Halbuki, mədəni baxımından pak bir insan, istənilən səviyyədə və arzulanan layihənin gerçəkləşməsində problem yaratmaz. Buna görə də, Ərəb yarımadası bu baxımdan ən yaxşı zəmin formalaşdırmışdır.
Mənbə: Prof. Heydər Baş, “Rəhmətən lil Aləmin”, cild 1, səh. 52-53