İslamın zühuruna qədər təbliğ edilən batil inanclar

İslamın zühuruna qədər dünyada iki güclü imperiya nəzərə çarpırdı:

İran və Roma imperiyaları.

Roma Avropadan başlayaraq Şimali Afrika, Suriya və Misir sərhədlərinə qədər əraziləri tutmuşdu. 395 – ci ildə Roma imperiyası iki hissəyə – Qərbi Roma və Şərqi Roma imperiyalarına bölündü. Şərqi Roma imperiyası Bizans olaraq tanınırdı. Bizansın Şərqdə ən böyük planı xristianlığı yaymaq idi. Onun məqsədi əhalinin batil inancını formalaşdırmaq, daha sonra müstəmləkə siyasətini yürütmək və bu yolla sərvətlərini talamaq idi. Bizansın bu planlarına ən böyük maneəni yalnız Türklər yaradırdı. Digər bir güclü dövlət olan İran isə Bizansa qarşı olsa da təsir imkanları zəif idi. Çünkü İranın mərkəzini də əhatə edən Sasani imperiyası daxili çəkişmələrlə məşğul idi. Digər tərəfdən Sasanilərin təbliğ etdiyi Maniçilik, Məzdəkiçilik və Zərdüştlüyün ən böyük himayəçisi elə Bizansın özü idi. Bu təlimlərdə ağaca, daşa, atəşə inam əsas idi. Ona görə də İran ərazisində sosial – ictimai tənəzzül hökm sürürdü. Bizansın missionerlik fəaliyyəti Sasani dövlətini sarsıtmışdı. Misir və Ərəbistan yarımadasında bütpərəstlik geniş yayılmışdı. Bizans bütpərəstliyə də açıq dəstək verirdi. Ərəblərdə də cahiliyyə dövrü bütpərəstliklə əhatələnmişdi. Ağacdan, daşdan və s. müxtəlif ölçüdə bütlər düzəldilir, hətta bu bütlər üçün qurbanlar kəsilirdi. Bu batil inanclar insanları qəbilələrə bölür, qəbilələr isə bir-birinə düşmən kəsilirdi. Nəticə etibarı ilə zülm, təbəqələşmə və sosial ədalətsizlik durmadan artırdı.

 

Mənbə: Prof.Dr.Heydar Baş. Rəhmətən Li’l Aləmin Hz.Muhamməd. (sav) Cild-1.Səhifə: 40,43