Peyğəmbərimiz (s.ə.v) Hilfu’l-fudul cəmiyyətində

Son Ficar döyüşündə yüzlərlə ailə qəm-qüssəyə düçar olmuş, qarətçiliklə yanaşı güclü gücsüzün malına əl atmağa başlamışdı. Getdikcə həddini aşan bu anarxiyanın qarşını almağın zəruri olduğunu görən Haşim, Zührə və Təym ailələrinin böyükləri, Abdullah b. Cüdan adlı birisinin evində yığışaraq aralarında məzlum və zəiflərə yardım etmək, zalımların hər cür zülmünə mane olmaq barədə bir müqavilə bağladılar. Həbibullah (s.ə.v) 20 yaşında olmasına baxmayaraq, bu müqavilədə iştirak etmişdir. Bu, onun peyğəmbər olmadan əvvəl cəmiyyətdəki mövqeyini, məzluma qarşı duyduğu şəfqət və mərhəmətin səviyyəsini göstərən çox böyük bir amildir.

Həbibullah, bu cəmiyyət quruluşunda üzərinə düşən vəzifəni ən gözəl şəkildə icra etmişdir. Əmisi Əbu Ləhəb, bir gün bir şəxsin malını çox aşağı qiymətlə almaq istərkən, mal sahibi Hz. Muhammədin (s.ə.v) yanına gəlmiş və o da əmisinin yanına gedərək malın dəyərində olan pulu ona ödətmişdir. Əslində, Əbu Ləhəbin Peyğəmbərimizə (s.ə.v) olan kin və düşmənçiliyi buradan başlamışdır.

Mənbə: Prof. Heydər Baş “Rəhmətən lil Aləmin” cild 1, səh 62.