Təbuk döyüşü və Hz. Əli (ə.s)
Taif döyüşündən sonra hicrətin 9-cu ilinin rəcəb ayında Təbuk səfəri meydana gəldi. Peyğəmbərimiz (s.ə.v), rumların Ərəb Yarımadasına hücum etmək istədiklərini xəbər almışdı. Buna görə, bəzi vacib hazırlıq işləri görüldü. Ancaq Hz. Peyğəmbər (s.ə.v) Mədinəni tək buraxmaq istəmirdi. Çünki münafiqlərin fitnə çıxarmaq və həmçinin Mədinəyə hər an düşmənlərin hücum etmək ehtimalı çox idi. Buna görə də Hz. Peyğəmbər (s.ə.v), arxa cəbhədə etibarlı və ləyaqətli bir insanı buraxmağı düşünürdü. Bu həssas iş üçün, Hz. Əli’ni (k.v) seçdi və belə buyurdu: “Ey Əli! Mədinə Mənsiz ya da Sənsiz düzəlməz.”
Rəsulullah Təbukə doğru yola çıxdı. Ancaq Hz. Əli’nin (k.v) arxa cəhbədə qalması, münafiqlərin işinə yaramadı. Buna görə də, Hz. Peyğəmbər’in (s.ə.v) Hz. Əli’ni (k.v) alçaltdığı və O’na hirsləndiyi üçün arxa cəhbədə qoyması ilə bağlı dedi-qodu yaymağa başladılar. Hz. Əli (k.v) bundan xəbər tutanda, qılıncını alaraq Hz. Peyğəmbərə (s.ə.v) yetişdi və belə dedi: “Ya Rəsulallah! Münafiqlər Sənin, Məni alçaltmaq və Mənə hirsləndiyini bildirmək üçün, Məni arxa cəbhədə qoyduğunu söyləyirlər.” Rəsulullah (s.ə.v) belə buyurdu: “Yerinə dön. Çünki Mədinə Mənsiz ya da Sənsiz olmaz. Sən ailəm, hicrət yurdum və qövmüm məsələsində Mənim xəlifəmsən, ey Əli! Musa üçün Harun kimdirsə, Sən də Mənim üçün onun yerində olmaq istəməzdinmi? Fərq odur ki, Məndən sonra Peyğəmbər gəlməyəcəkdir.” Bundan
sonra Hz. Əli Mədinəyə döndü, Hz. Peyğəmbər (s.ə.v) də yoluna davam etdi.
Mənbə: Prof. Heydər Baş, Rəhmətən lil aləmin, səh 458-459