İslam terrorizmi rədd edir #1

Dinimiz İslam, terroru kökündən rədd edir. İslam, salik olma kökündən olub; insanların, bir-birinə güvənməsi, bir-birini sevməsi, yardım etməsi mənasına gəlir. Təməli sevgiyə, həmrəyliyə, yardımlaşmağa dayanan bir dinin başqasına zorla qəbul etdirilməsindən söhbət belə gedə bilməz. Əsası sevgi və məhəbbət olan bir dini bir insana zorla qəbul etdirsəniz, həmin şəxs  o dini  sevərmi? Bu əsla mümkün deyil. Bu bir yalan, iftiradır; tarixdə buna fitnə deyilir.

Müsəlmanları əlisilahlı terrorçu, canilər kimi göstərməyə çalışanların ağıllı insana  təsirləri olmasa da, geniş kütlənin təfəkküründə  bir “bəlkə” sualı doğmuş  olur. “Müsəlman terrorçu ola bilərmi? İslamla terrorizmin əlaqəsi varmı?”-  kimi bir çox suallarla qarşılaşdıq və bu məktubumuzu həmin suallara cavab olaraq qələmə aldıq.

Terror – hər hansı bir fikri  şiddət yolu ilə bir cəmiyyətə,  bir şəxsə və ya bir dövlətə qəbul etdirməkdir. Terrorun əsas məqsədi düşüncənin (ideologiyanın) qarşınızdakı topluma və şəxsə zor gücünə qəbul etdirməkdir.

Terror anlayışının bu şəkildə tərifi və tətbiqi əsasən Qərb mənşəlidir. Qərbdə terrorizmdən başqa anarxizm adlı bir fəlsəfi axın da vardır. Qərbdə kommunizmin ancaq terrorizmlə qəbul etdirilə biləcək bir sistem olduğu düşünülmüşdür. Qərb öz məntiq və mentalitetindən əvvəl terrorizmi ortaya qoymuşdur. Bu baxımdan bəzi ölkələrdə bəzi qruplar terrorizmlə iqtidara gəlmək yolunu seçmişdilər. Yuqoslaviya, Macarıstan, Bolqarıstan kimi ölkələri buna misal göstərmək olar.

Onu da qeyd edək ki, bizim cəmiyyətimizin terrorizmlə heç bir əlaqəsi yoxdur, çünki hər şeydən əvvəl dinimiz olan İslam terroru rədd edir. Əvvəldə də qeyd etdiyimiz kimi, İslam həmrəylik dinidir və sevgiyə söykənən bir dinin terrorizmlə əlaqəsi ola bilməz. Bu yalan, İslamı parçalamaq və gözdən salmaq üçün düşmənlərin bir fitnəsidir.

İlk öncə bir insana İslamı qəbul etdirmə və ya təbliğ etmə məsələsinə nəzər yetirək. Başqa sözlə desək, əmri – bil maruf, nəhyi – anil münkər. Yəni, təbliğ Cənabı – Haqqın əmrlərini insanlara gözəl bir dildə izah etməkdir…

 

 Mənbə: Prof. Heydər Baş, “Mektubat”, səh. 226-230, İstanbul 1998