İnsan nəslinin davamını təmin edən iki ünsürdən biri olan qadın, tarixin əvvəlindən bu gününə qədər bir münaqişə və mübahisə mövzusu olmuşdur. Təhrif olunmuş Xristianlıq Hz. Həvvanın, Hz. Adəmin cənnətdən qovulmasına səbəb olduğunu göstərmiş və bununla da onun varisi olan bütün qadınlar bu günahın yükünü daşımışlar. Qədim İranda yayılan Məzdək hərəkatının fəlsəfəsinə görə hava, su və atəşin şərik istifadə edildiyi kimi, qadın da şərik istifadə edilə bilər. Uzaq Şərqdə bir çox insanın mənsub olduğu Buddizmin qurucusu olaraq qəbul edilən Budda isə yaşadığı müddətdə qadınları dinə qəbul etməmişdir. Hətta erkən və orta əsrlərdə Avropada qadının ruhunun olub-olmadığı mövzusunda mübahisələr edilmişdir. Cahiliyyət dövrünün ərəbləri isə qadına cəmiyyətin ən aşağı mövqeyini layiq görmüş və qız övladının dünyaya gəlməsini bir eyib hesab etmişdilər.
Əsrlər boyu qadın ya insanlığına şübhə ilə baxılan bir varlıq, ya da pislik mənbəyi kimi qəbul edilmiş, dünyanın harasında, hansı yerində olursa-olsun bu taledən qurtulmamış, İslam günəşi insanlıq aləmini işıqlandırana qədər layiq olduğu yeri tuta bilməmişdir.