Şəqqül-Qəmər möcüzəsi

Qureyşli müşriklər, Hz. Rəsulullahın peyğəmbərliyini təsdiq edən bir çox möcüzəylə qarşılaşdıqları halda, inkar və inadlarından əl çəkmir və çox zaman ona lağ edirdilər. Bununla bərabər,  güya Rəsulullahı çətin vəziyyətə salmaq niyyəti ilə göyə qədər çatan bir nərdivan, qızıldan düzəldilmiş binalar və s. şeylərin gerçəkləşməsini istəyirdilər.

Yenə bir gün Əbu Cəhl, bir çox qabaqcıl müşriklə birlikdə Hz. Peyğəmbərin yanına gələrək: «Əgər haqq peyğəmbərsənsə, bu ayı iki yerə böl» şəklində bir təklif etdilər və onu gerçəkləşdirəcəyi təqdirdə iman edəcəklərinə söz verdilər.

Ayın bədrləndiyi, yəni tam göründüyü 14-cü gecə idi. Hz. Peyğəmbər, Aya şəhadət barmağıyla işarə etdi və ay bir anda ikiyə bölündü. Allah Rəsulu üç dəfə: «Şahid olun!» deyərək təkrar etdi.

Bu açıq möcüzə qarşısında inadkarlıq və inkarlarından dönməyən müşriklər kənardan gələn yolçuların da şəhadətlərinə baxmayaraq haqqı qəbul etməkdən imtina edərək Allah Rəsuluna «Sehrbaz» deməyə belə cürət etmişdilər. Qəmər surəsinin bu məsələylə bağlı ilk ayələri belədir: «Qiyamət yaxınlaşdı. Ay parçalandı. Əgər müşriklər bir möcüzə görsələr üz döndərib: «Bu uzun müddət davam edən bir sehrdir!»   – deyərlər».

 

  Prof. Dr. Heydər Baş

 “Rəhmətən – lil – aləmin Hz. Muhamməd (s.ə.v)” Səh. 115