İmam Əli (ə.s) vergi haqqında fikirləri

  • Vergi və inkişaf

“Ey Malik! Bundan belə məlumun olsun ki, vergi işinə laqeydlik etmək olmaz. Allah buyurur ki: Allah Ona yardım edənlərə şübhəsiz ki, yardım edər. (Həcc, 40). Vergi məmurlarının yaşayış səviyyəsini yüksəlt! Müxtəlif yollarla vergi verənlərin də işini asanlaşdır! Çünki xalqın rifahı xərac (vergi) verən əhalinin azadlığına bağlıdır. Çünki xalq xəracın və vergi məmurlarının yoldaşı və övladlarıdır.(7.s.30) Unutma ki, vergi toplamaqdan çox ölkənin inkişafına çalışmalısan. Çünki vergi xalqa xidmət ilə əldə edilə ­bilər. Xidmət etmədən vergi toplama! Hz. Peyğəmbər belə buyurur: ‘Kim ölü torpağı canlandırırsa, o torpaq onundur. Zalım üçün haqq yoxdur.’ Buna görə, ərazi və əmlakın artması üçün çalışmadan sadəcə vergi yığmaqla məşğul olsan, ölkəni xarabaya çevirər, insanları pərişan edərsən.”(7.s.31)