Hz. Əli’nin (ə.s) iqtisadiyyat ilə bağlı fikirləri (Bazarlara nəzarət və möhtəkirlik)

• Bazarların nəzarətdə saxlanması və ölçü alətləri

“Bazarlardaalış-satış düzgün tərəzilərlə aparılmalıdır ki, alan və satan tərəflər zərər görməsin. Dövlət bazarda qiymətləri tənzimləməli və alış-verişin ədalətli olmasını təmin etməlidir. Allah belə buyurur: “Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özləri insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar, onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əksildərlər.” (Mutəffifin, 1-3). Qoyduğun qadağadan və etdiyin xəbərdarlıqdan sonra ehtiyat yığıb möhtəkirlik edənləri həddini aşmadan hamıya gözdağı olsun deyə bir cəzayla dərhal cəzalandır!”(7.s.38)

• Qara bazar və möhtəkirlik

“İnsanların çoxunda ifrat tamah və özündən razılıq vardır. Əsas mal və əmtəəni ehtiyata
yığıb, vaxtı gələndə yüksək qiymətə satmaq xalqın alıcılıq qabiliyyətini çətinləşdirər
və narahat edər. Bütün xalqa təsir edən bu zərər qapısına göz yummaq valilər
üçün böyük ləkədir. Quran-i Kərim’də belə buyurulur: ‘Allah’ın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allah’dan qorxun!” (Maidə, 88). Buna görə, qara bazara girən möhtəkirlərlə danışıb onları fikrindən döndər! Çünki Allah Rəsulu (s.ə.v) möhtəkirliyi və dələduzluğu ləğv etmişdir.”(7.s.37)