Cabir ibn Həyyan #2

Alim Cabir ibn Həyyan müxtəlif metal və polad istehsal üsullarının inkişaf etdirilməsi, dəri və bez boyalarının hazırlanması, kükürdlü mürəkkəblərdən arsenik və antimaun, bitkilərdən yağ əldə edilməsi, metalların saflaşdırılması, parçanın rənglənməsi, su keçirməz paltarların cilalanması, manqan dioksidin şüşə istehsalında istifadə edilməsi və şüşənin rənglənməsi kimi kəşfləri də reallaşdırdı. Şərq və Qərb elm dünyasında ona bərabər və onu aşan bir kimyaçı yetişməmişdir. 17-ci və 18-ci əsrlərdə Qərb elm çevrələrində meydana gələn bir çox elmi görüşlərin təşəkkülündə Onun əsərlərinin böyük təsiri vardır.

Xüsusilə, bu gün kimya elmində mövcud olan bir çox orijinal kəşf, tədbirmetodlar az qala tamamilə ona aid və ya onun fikirlərindən qaynaqlanmışdır.

Cabir ibn Həyyanın başqa bir əsəri “Təbiətdə kimyəvi tarazlıq nəzəriyyəsi” də xüsusi yer tutur.

Ən böyük elmi kəşflərdən biri də atomun parçalanması haqqında dedikləridir.

Modern kimyanın qurucusu olan İmam Sadiqin dini və dünyəvi elmlərini kamil öyrənmiş dahi müsəlman alimi olan Cabir ibn Həyyan atomun kəşfindən min il öncə onun parçalana biləcəyini söyləyən ilk elm adamıdır.

Bəzi məlumatlara görə, kimyada elementlərin dövrü cədvəlini kəşf edən məşhur alim Dmitri Mendeleyev də məhz Cabir ibn Həyyanın kimya sahəsindəki elmi əsərlərini dərindən mütaliə etmişdir. Onun yalnız Cabir ibn Həyyanın kimya sahəsindəki elmi əsərlərini tədqiq edəndən və dərindən onlara yiyələndikdən sonra elementlərin dövrü cədvəlini tapmaq üçün elmi araşdırmalara başladığı ehtimal edilir.