Əhli-Beytdən (ə.s) şəfa üsulları #2

  • Qurani-Kərimdə bütün tibbi ümumiləşdirən bir ayə var: “Yeyin, için, amma israf etməyin”.
  • Mədə bütün xəstəliklərin evidir, pəhriz isə ən yaxşı dərmandır.
  • Hacamat (boyundan qan almaq) orqanizmi sağlamlaşdırar.
  • Bığları qısaltmaq və gözəl qoxu sürtmək katib mələklərə hörmət və sünnətdir.
  • Misvakdan istifadə ağız və diş sağlamlığı üçün vacibdir və ağızdan gözəl qoxu gəlməsinə səbəb
  • Gülxətmi bitkisi ilə başın yuyulması çirki təmizlədiyi kimi həm də dezinfeksiya edir.
  • Tütün qoxulamaq baş üçün sağlamlıq, bədən üçün şəfadır.
  • Dırnaq kəsmək böyük dərdlərin qarşısını alar, ruzi gətirər.
  • Qoltuqaltı tüklərinin kəsilməsi bədəndəki pis qoxunu aradan qaldırar.
  • Yeməkdən əvvəl və sonra əllərinizi yuyun ki, ruziniz artsın.
  • Heyva yemək zəif ürəyi gücləndirər, mədəyə gözəl qoxu verər, uşağı gözəlləşdirər, qorxağa cəsarət verər.
  • Hər gün ac qarına 21 ədəd kişmiş yemək ölümdən başqa bütün xəstəliklərin qarşısını alar.
  • Yeməyə duzla başlayın, duzla bitirin, bununla da 70 xəstəliyin əvvəlcədən qarşısını alın.
  • Ayaqüstə sidiyə getməyin.
  • Buxar vannası qəbul edərək cüzam və vittiliqo xəstəliyinin qarşısını alın və onları müalicə edin.
  • Nəcəf və Kərbəla torpaqlarından az miqdarda yeyin.
  • Narı tumları ilə yeyin, çünki bu, mədə – bağırsağa şəfadır.
  • Nar cənnət meyvəsidir, qəlbə və ruha şəfadır.
  • Əncir yeyin, çünki əncir bədəndəki tıxacları açar və qarın ağrısına dərmandır.