İmam Cəfər Sadiqin (ə.s) insan bədəni haqqında fikirləri #1

İmam Cəfər Sadiqə (ə.s) insan bədəni haqqında sual verildi. İmam  belə   buyurdu:

“Uca Allah  insan bədənində on iki oynaq, iki yüz qırx səkkiz sümük və üç yüz altmış damar  yaratmışdır. Damarlar bütün bədəni  qanla təchiz edir, sümüklər onun dayağını  təşkil  edir, sinirlər  isə əti  parçalanmaqdan qoruyur. Allah hər bir insanın iki əlində səksən iki sümük yaratmışdır, yəni hər əlində qırx bir sümük vardır. Onlardan otuz beşi ovucda, ikisi qol qismində, biri bazuda,  üçü isə çiynindədir. Bu da cəmi qırx bir sümük edir. Bir o qədər də sümük o biri əldə vardır. İnsan ayağında isə qırx üç sümük var. Onlardan otuz beşi  ayaq qismində, ikisi baldırda, üçü dizdə, biri budda, ikisi isə qalça qismindədir. Digər ayaqda da o qədər  sümük   vardır.

İnsan onurğasında on iki sümük vardır. Döş qəfəsinin   hər tərəfində doqquz qabırğa sümüyü mövcuddur.   Boynunda səkkiz, başında isə otuz altı sümük var. Ağzında iyirmi səkkiz və ya otuz iki sümük var” (əl-Mənakib, cild 4, səh. 256; Biharul – Ənvar, cild 14, səh. 480)

Şeyx Mirzə Məhəmməd əl-Xəlili belə deyir:

“Həyatıma and olsun ki, bu rəqəm müasir alimlər  tərəfindən müəyyən edildiyi kimidir. Nə çoxdur, nə də az…” (Tibbül  – İmam Sadiq, səh. 3)