İmam Əlinin (ə.s) xırda tacirlər və sənətkarlar haqqında fikirləri…

  • Xırda tacirlər və sənətkarlar

“Ey Malik! Oturaq, köçəri, hərəkətsiz və halal qazanc üçün çalışan xırda tacir və sənətkara xeyir dua ilə tövsiyələr verməlisən. Çünki xırda tacirlər müsəlman və qeyri-müsəlmanların fayda və mənfəəti üçün çalışır, həm də onların problemlərinin həllinə yardım edirlər. Bundan başqa ehtiyac məhsullarını ölkənin ovalıqlar, dənizlər, sahillər, dağlar, ayaq dəyməyən və hətta getməyə cəsarət edilməyən yerlərindən, təhlükəli və öldürücü bölgələrdən gə­tirərək müsəlman və qeyri-müsəlmanların xidmətinə təqdim edirlər.(7.s.36) Onlar ölkədə rahatlığın mənbəyidir. Müsibət və təhlükələrdən qorxmazlar. Buna görə daima onların işlərini asanlaşdır, uzaq-yaxın fərqi qoymadan onları himayə et və onlara qarşı başqalarının pis rəftar etmələrinə izin vermə!”

Prof. Heydər Baş, İmam Əli, s.279