İmam Hüseyn (ə.s) Allah Rəsulunun nəvəsi, Hz. Əli (ə.s) və Hz. Fatimənin (s.ə) övladıdır. Əhli-Beytdəndir. Rəsulullahla (s.a.a.s) qapanmış peyğəmbərlik qapısına aid Nübuvvət nurunun davamı olan Vilayət nurunun daşıyıcısı, Allah Təala tərəfindən İslamın əsaslarını Muhamməd ümmətinə öyrətməyə məmur edilmiş məsum İmamlardan üçüncüsüdr.
Onun şəhadət məsələsinə Əhli-Beytin məntiqi ilə yanaşmaq lazımdır.
O, anası, atası və böyük qardaşı ilə birlikdə cəddi Rəsulullahın (s.a.a.s) ətəyində yetişib boya-başa çatmış canlı Quran nümunələrindəndir.
Əlbəttə, İmam Hüseynin (ə.s) həyatından bəhs edən bir əsər qələmə alarkən diqqət ediləcək ən önəmli məqam, o Həzrətin şəhadət şərbəti içdiyi Kərbəla hadisəsidir.
Kərbəla hadisəsini oxuyarkən bu hadisəyə aid olan iki vacib məqama diqqət etmək lazımdır.
Birinci məqam qan və zülm, digər məqam isə bu zülmün qarşısında səbrlə aparılan mübarizə, qətiyyət və əzmkarlıq, fədakarlıq, qəhrəmanlıq, şücaət və bunlarla bərabər Cənabi-Haqqa olan yaxınlıq və məhəbbət…
Ən önəmlisi isə nəfsin hesaba çəkilməsi…
Və həmçinin bu hadisənin Rəsulullahın (s.a.a.s) vəfatından yarım əsr keçdikdən sonra baş verdiyini unutmaq olmaz.
Hz. Peyğəmbərin (s.a.a.s) reyhanı Hüseyn (ə.s) Hz. Peyğəmbərin (s.a.a.s) “ümmətim” dediyi insanlar tərəfindən şəhid edilmişdir.
Bundan əlavə bu qətliamı törədənlər bir neçə gün əvvəl Hz. Hüseynin (ə.s) arxasında duraraq namaz qılan kufəlilər idi.
Sözün qısası, qiyam, halal ilə haramın bir-birinə nüfuz etdiyi bir zamanda doğrunun ortaya çıxması üçün həyata keçirilmişdir.
Hz. Hüseyn (ə.s) bilərək ölümə getmişdir.
İmam Hüseynin (ə.s) bilərək ölümə getməsinin əsl səbəbi onun üçün müəyyən edilmiş imamət məqamıdır.
İmamət məqamının mütləq sahibi olması və ondan kənarda olanların mütləq şəkildə batil olmasıdır.
İmamət məqamına onun təyin edilməsinin sübut və isbatı bu yolda şəhid olmasıdır. Bu baxımdan ondan kənarda qalan hər bir şey batildir.
Sünni olaraq tanınan alimlərin öz görüşlərində imamətin Hz. Hüseyndən (ə.s) kənarda qalanlara və ona qarşı çıxanlara aid etmələri təmamilə batil bir görüşdür.
Mütləq olan və Allah tərəfindən təyin edilən İmam Hz. Hüseyndir (ə.s).
O, dövrünün Peyğəmbər xəlifəsidir.
Allah şəfaətindən məhrum etməsin.
Amin.
Prof. Dr. Haydar Baş