Bu gün, Rəbiül-əvvəl ayının 11-dən12-nə keçən gecə (sentyabrın 14-dən 15-ə keçən gecə) Rəsulullahın (s.ə.v) mövlud günüdür.
Həbibullah (s.ə.v), Məkkədə, Rəbiü’l-əvvəl ayının 12-də, bazar ertəsi gecəsi sübhə yaxın dünyaya gəlmişdir (miladi – 570).
Beləliklə, Hz. Adəmdən bəri davam edərək gələn «Peyğəmbərlik nuru» sahibinə yetişdi. Atası Abdullah, Peyğəmbərin (s.ə.v) doğumundan iki ay əvvəl vəfat etmişdir. Anası Vəhb qızı Aminə, doğuşunda digər qadınlar kimi əziyyət çəkməmiş, hətta ağırlıq belə hiss etməmişdir. Hamilə olduğu zaman, bir gecə yuxusunda tanımadığı birisi gəlib «Sən aləmlərin xeyirlisinə hamiləsən, doğduğun zaman adını Muhamməd qoy» deyə xəbərdarlıq etmiş, doğuş zamanı isə heybətli bir səs duyaraq diksinmişdir. Ağ bir quş, qanadıyla Hz. Aminənin kürəyini sığallamış, ona ağ kasada şərbət verilmişdir. Onu içən zaman ətrafı nura boyanmış və Muhamməd (s.ə.v) dünyaya gəlmişdir. Hz. Aminə, bunu belə nəql edir: «ətrafımda bir çox xanım toplandı, Muhamməd vücuda gəldiyi zaman, gördüm ki, mübarək başını səcdəyə qoydu və əllərini qaldıraraq dua etdi». Hz. Muhamməd (s.ə.v) sünnətli doğulmuşdur. Doğulduğu zaman kürəyində və çiyinlərində peyğəmbərlik möhürü var idi. Bəzi mənbələr, onun mələklər tərəfindən yuyulduğunu bizə bildirirlər.
Mənbə: Prof. Dr. Haydar Baş “Rəhmətən lil Aləmin” 1-ci cild, səh. 57