Rəcəb ayının iyirmi yeddinci gecəsinə təsadüf edən mübarək Merac Gecəsində on iki rükət nafilə namaz qılınması məsləhət görülmüşdür.
Hər rükətində Fatihə ilə başqa bir surə oxuyaraq iki rükətdən bir salam verilməli, sonra yüz dəfə “Sübhanallahi vəlhəmdü lillahi və lə ilahə illallahu vallahu əkbər” deyilməli, 1bundan sonra isə yüz dəfə istiğfar edərək yüz dəfə də salavat oxunmalıdır.
Qövsül-Azam Əbdülqadir Gilani Həzrətləri, “Gunyətüt-Talibin” adlı əsərində, Rəcəb ayının 27-ci gecəsində qılınan namazla əlaqədar olaraq Peyğəmbər Əfəndimizdən (səv) aşağıdakı hədisi qeyd etmişdir:
“Rəcəb ayında bir gün və bir gecə vardır ki, kim o günü orucla, gecəni də namazla keçirərsə, ona yüz il gecələri və gündüzləri namaz qılanın savabı verilər”.
Hibətullah, Həsən Bəsridən belə rəvayət etmişdir:
“Rəcəb ayının 27-ci gecəsi olduğu zaman, Abdullah ibn Abbas səhərə etikaf niyyəti ilə çıxardı. Günorta zamanına qədər namaz qılardı. Bu namazda aşağıdakı surələri oxuyardı: Bir dəfə Fatihə surəsini, hərəsini bir dəfə olmaqla mühafizə (Fələq və Nas) surələrini, üç dəfə Qədr surəsini, 51 dəfə İxlas surəsini. Bu namazdan sonra əsr namazına qədər dua edərdi. Bu müddətdə də bunları söyləyərdi: Rəsulullah (səv) Əfəndimiz də bu gündə belə edərdi” (Qövsül-Azam Əbdülqadir Gilani, “Gunyətüt-Talibin”, s. 553).
Bir rəvayətə görə İmam Məhəmməd Cavad, Bağdadda ikən Rəcəb ayının ortasında və iyirmi yeddinci günündə oruc tutmuşdu. Bütün ailəsi və tabeliyində olanlar da oruc tutmuşdu.
Ravi belə nəql edir:
“Bizə on iki rükət namaz qılmamızı əmr etdi. Hər rükətdə Fatihə surəsi ilə bir başqa surə oxuyurdu. Namazı bitirdikdən sonra dörd Fatihə, dörd İxlas, dörd Fələq və dörd dəfə də Nas surələrini oxuyardı. Dörd dəfə ‘Ləilahəillallahu vallahu əkbər, subhanallahu vəlhəmdülillahi vəla havlə vəla quvvətə illa billahil-aliyyil-azim’, dörd dəfə ‘Allahu Allahu Rabbi la uşriku bihi şeyen’, dörd dəfə də ‘La uşriku bi Rabbi ahadən’ dedi” (Müstədrək-u Avaiml-Ulum, 23/222; Haydar Baş, İmam Məhəmməd ət-Taki, s. 69