Səlmani Farisinin elmi
Səlmanın Allah Rəsulu (s.ə.v) ilə birgə elmi yığıncaqlarda iştirak etməsi onu dövrünün loğman həkimi etmişdir.
Həsən b. Mənsur deyir:
“İmam Sadiq’dən (ə.s) ‘Səlman mühəddis idi?’ deyə soruşanda, o, ‘bəli’ dedi. ‘Ona kim hədis öyrədirdi?’ dedim. İmam Sadiq, ‘Mələk öyrədirdi’ buyurdu.”
Kəşşi yazır:
“Bir vaxt Səlman Kufədə dəmirçilər bazarından keçirdi. Birdən bir gəncin bağıraraq yerə yıxıldığını gördü. İnsanlar Səlmana ‘Ey Səlman! Bu gəncin baş ağrısı vardır. Qulağına dua oxusanız sağalıb özünə gələr’ dedilər. Səlman gəncin qulağına dua oxudu və o, sağalaraq ayağa qalxdı və dedi:
‘Mən onların fikirləşdiyi kimi xəstə deyiləm. Dəmirçi dükanının önündən keçirdim. Bir dəmirçinin qızarmış dəmiri döydüyünü görəndə, ‘Onlar üçün dəmirdən qamçılar vardır’ ayəsini xatırladım. Qiyamətin əzabının qorxusundan huşumu itirib yerə sərildim.’ Gəncin bu sözləri Səlmanın çox xoşuna gəldi. Onu özünə din qardaşı edərək gedib-gəlməyə
başladı. Bir gün o gənc xəstələndi. Səlman onu ziyarətə gedəndə, ölüm ayağında olduğunu gördü.
Səlman ölüm mələyinə belə dedi:
‘Ey ölüm mələyi! Bu qardaşımın canını alarkən onu incitmə!’
Əzrail:
‘Ey Səlman! Mən bütün möminlərin canını alarkən onları incitmirəm’ dedi.”
Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 247-248.