Səlman Farisinin Saqifə hadisəsinə münasibəti
Saqifə hadisəsindən sonra Səlman Qədr-i Xum hadisəsini ortaya qoyaraq Allah Rəsulu’nun (s.ə.v) gerçək xəlifəsinin Hz. Əli (ə.s) olduğunu hər fürsətdə bildirmişdir. Bu ərəfədə Hz. Əli (ə.s) gecələri xanımı Hz. Fatimə’ni (s.ə), oğulları Həsən (ə.s) və Hüseyn’i (ə.s) yanına alaraq mühacir və ənsarın evlərinə gedir və qəsb edilmiş haqlarını qaytarmaq üçün onlardan yardım istəyirdi. Ətrafında 40 nəfər toplayaraq, onlardan canları bahasına söz aldı və sübh tezdən saçlarını darayıb, qılınclarını belinə bağlayaraq yanına gəlmələri üçün əhd bağladı. Sübh tezdən saçlarını darayıb, qılınclarını belinə bağlayaraq Hz. Əli’nin (ə.s) yanına gələnlər yalnız Səlman, Əbuzər, Miqdad və Zübeyrdən ibarət dörd nəfər idi. Hz. Əli (ə.s) ertəsi axşam təkrarən eyni 40 nəfəri ziyarət edərək onlardan yardım istədi. Onlar yenə sübh tezdən gələcəklərinə söz verdilər. Əfsuslar olsun ki, sübh tezdən o dörd nəfərdən başqa heç kim gəlmədi. Hz. Əli üçüncü gecə təkrar eyni adamların evlərini ziyarət etdi və onlar yenə eyni sözləri verdilər. Ancaq yenə o dörd nəfərdən başqa heç kim gəlmədi. O vaxt Hz. Əli (ə.s) xalqın vəfasızlığını görüb haqqını tələb etmək fikrindən əl çəkdi və evinə qapandı. Amma boş dayanmadı. Bu ərəfədə Quran’ı toplamağa başladı.”
Səlman Farisi hər fürsətdə Hz. Əli’nin (ə.s) xilafət və imamət haqqını vurğulayırdı: “Allah’a and olsun ki, Peyğəmbərin vəsiyyətinə və əhdinizə naxələf çıxdığınız hər ötən gün, sizi daha da eybəcərləşdirir. Sizi Bən-i İsrail qövmünün aqibəti gözləyir. Hz. Əli’nin (ə.s) vəlayət və xilafətinə sahib çıxsanız Allah’a and olsun ki, yer və göy üzünün nemət qapılarını sizlərə açar. Mən sizləri oyadıram. Bu andan etibarən, sizlərlə olan yoldaşlıq və dini qardaşlıq bağlarımı qopardıram.”
Mənbə: Prof. Heydər Baş, “İMAM ƏLİ”, səh. 261.