Möminlərin Əmiri, qəyyumların öndəri İmam Əlinin (ə.s) soyu belədir;
Əli b. Əbu Talib b. Əbdülmüttalib b. Haşim b. Əbdümənaf b. Kusay, b. Qılab b. Murrə b. Luəy b. Qalib b. Fihr b. Malik b. Nadir b. Kinanə b. Huzəymə b. Mudrikə b. Iyas b. Mudar b. Nizar b. Məadd b. Adnandır. Babası Şeybət’ül-Həmd olaraq bilinən Əbdülmüttəllibdir. Hz. Əli (ə.s) ilə Hz. Peyğəmbərin (s.ə.v) soyu Əbdülmüttəllibdə birləşir.
Hz. Əlinin (ə.s) atası Əbu Talib b. Əbdülmüttəllibdir. Əsl adı Əbdumənaf, bir görüşə görə İmran, bir başqa görüşə görə Şeybədir. Məkkəyə gələn heyətlərin su paylama vəzifəsini o icra edərdi. Bütə tapınmağı rədd etmiş, Allahın birliyini qəbul etmişdi. Məhrəmlərin evlənməsini, qız uşaqların diri diri basdırılmasını, zinanı, şərab içməyi və Allahın evini çılpaq olaraq təvaf etməyi qadağan etmişdi.
Hz. Əlinin (ə.s) anası Fatimə b. Əsəd b. Haşimdir. Fatimə, Hz. Peyğəmbərə (s.ə.s) ilk iman edən xanımlardandır. İslamdan əvvəl Hz. İbrahimin (ə.s) dininə tabe idi. O, elə iffətli bir qadın idi ki, doğum sancıları gəldiyində o halıyla, Məscid-ül Harama getdi və Kəbənin divarına söykənərək belə dedi:
“Allahım, Sənə və Sənin Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən bütün kitablara və Kəbəni tikən cəddim İbrahimə (ə.s) möhkəm bir imanım var. Allahım, Kəbəni tikən cəddimin və bətnimdə daşıdığım uşağımın xatirinə mənim doğuşumu asanlaşdır.” Fatimə, ardından bir möcüzə ilə Kəbəyə girdi və orada doğuş etdi.
Hakim Nişaburi belə deməkdədir: “Hz. Əlinin (ə.s) Kəbədəki doğumu bizə səhih rəvayətlərlə çatmışdır.”
Alusi Bağdadi belə yazır: “Hz. Əlinin (ə.s) Kəbədəki doğumu bütün dünyada məşhur və bilinəndir. Və indiyə qədər heç kim bu fəzilətə nail ola bilməmişdir.”
İbni Ga’nəb bu hadisəni belə izah edir:
“Əbdülmüttəllibin oğlu Abbas və digər bir neçə adamla Kəbənin tam qarşısında oturmuş söhbət edirdik. Əsəd qızı Fatimənin Kəbəyə doğru gəldiyini gördük. Kəbənin qarşısında dayanıb belə dedi:
‘Ya Rəbbim! Sənə, peyğəmbərlərinə və onların kitablarına inanıram. Cəddim İbrahimin haqq və söylədiklərinin də dosdoğru olduğuna şahidlik edirəm. Bu evi Sənin əmrinlə tikdi. Onun və bətnimdə daşıdığım bu körpənin eşqinə. Bu doğuşu mənə asanlaşdır!’
Bu sırada hamımızı heyrətlər içində buraxan bir şey oldu.
Hamımızın gözləri qarşısında Kəbənin divarı dağıldı. Və o qiymətli qadın addımını atıb içəri girdi. Sonra da divar bitişib köhnə halına gəldi. Gözlərimizə inana bilmirdik. İlk qarışıqlığımızı sovuşdurunca, hamımız təlaşla yerimizdən atılıb Kəbənin qapısına qaçdıq amma qapı heç cür açılmırdı. İşin içində Kəbənin Rəbbinin bir hikməti olduğunu anladıq. Dörd gün sonra o uca xanım, qucağında qürurla tutduğu nur parçası kimi bir körpə ilə Kəbədən çıxdı… ‘Qeybdən gələn bir səs bu körpənin adını Əli qoymamı istədi’ dedi.”
“Fil İlinin 30-u, Rəcəb ayının 13-ü və günlərdən cümə idi o gün Hicrətdən tam 23 il əvvəl…”
İmam Əli (ə.s), qardaşları Talib, Aqil və Cəfərdən kiçikdir. Əbu Talibin bu dörd oğlunun hər biri o birisindən on yaş böyükdür. Hamısının anası Əsəd qızı Fatimədir.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: İmam Ali, Prof. Dr. Haydar BAŞ