Aişə binti Əbu Bəkr Hz. Fatimə (ə.s)-ın cənazəsini görə bilmədi

Aişə binti Əbu Bəkr  ölüm xəbərini alan kimi tez-tələsik gəldi. Hz. Fatimə’nin (ə.s) yanına girmək istədi. Lakin Əsma Hz. Fatimə’nin (ə.s) vəsiyyətinə əməl edərək onu içəri buraxmadı. Aişə binti Əbu Bəkr  tez atası Əbu Bəkrin yanına gedib ögey anasından şikayət edərək dedi:

“Ata, nə baş verir? Niyə Əsma binti-Ümeys bizimlə Hz. Peyğəmbərin qızı Fatimə’nin arasına girib bizi onun cənazəsinə yaxın buraxmır?” Əbu Bəkr dərhal Hz. Fatimə’nin (ə.s) evinin qapısına gəldi və xanımı Əsmanı çağıraraq dedi:

“Ey Əsma! Niyə Hz. Peyğəmbərin xanımlarını Fatimə’nin yanına girməyə qoymursan? Halbuki mən Hz. Fatimə üçün gəlinlik kəcavəsinə bənzər kəcavə hazırladım?” Əsma dedi:

“Nə edim, ey Əbu Bəkr! Hz. Fatimə (ə.s) mənə sağlığında belə vəsiyyət etdi ki, yanına heç kəsi buraxmayım” deyəndə, Əbu Bəkr:

“Ey Əsma! Fatimeyi Zəhra nə əmr və vəsiyyət etdisə, haqqıyla yerinə yetir!” deyərək geriyə döndü.

Əbu Bəkr və Ömər b. Xəttab, Hz. Əli’nin (ə.s) yanına gələrək başsağlığı verdilər və Hz. Fatimə’nin (ə.s) onlara olan münasibətini bildikləri halda dedilər:

“Ey Əbül-Həsən! Bizə xəbər vermədən Rəsulullah’ın qızının cənazə namazını qılma!”.

Ancaq Hz. Əli (ə.s) Hz. Fatimə (ə.s) necə vəsiyyət etdisə, elə də etdi. Gecəyarısı, əl ayaq çəkiləndən sonra Fatimə’ni (ə.s) qüsl edib kəfənlədi.