Cabir Muaviyənin sarayında
Cabir Muaviyənin səltənəti dövründə maddi sıxıntılarına görə Muaviyənin yanına Şama getdi. Muaviyə Əhl-i Beyt dostlarına qarşı böyük kin və nifrət bəsləyirdi. Buna görə Cabiri alçaltmaq üçün üç gün boyunca gözlədərək yanına qəbul etmədi. Cabir üç gündən sonra qarşısına çıxanda Muaviyəyə belə dedi: “Sən Allah Rəsulu’nun, ‘Ehtiyac sahiblərinə qapıları bağlayana və ona cavab verməyənlərə Allah da qiyamət günü qapılarını bağlayar’ buyurduğunu eşitmədinmi?” Muaviyə hirslənərək belə dedi: “Mən isə Peyğəmbərdən belə eşitdim: ‘Məndən sonra sizlərə zülm və işkəncə ediləcəkdir. Bunlara səbr etsəniz, qiyamət günü Kövsər Hovuzunun başında Mənə yaxınlaşacaqsınız.’ İndi söylə ey Cabir! Niyə səbr etmədin və niyə buraya gəldin?” Cabir, “Unutduğum bir hədisi xatırlatdın. Mən də səbr edəcəyəm” dedi və oradan ayrılıb Mədinəyə döndü. Daha sonra Muaviyə peşman oldu və səhvini düzəltmək üçün Cabirə 600 dinar yolladı. Ancaq Cabir qızıl pulları geri qaytardı və belə dedi: “Allah’a and olsun ki, sənin xeyir dəftərinə heç bir xeyir yazılmamışdır. Mən də sənin xeyir iş görməyinə şərait yaratmaram.”
Cabir çox uzun bir ömür sürmüşdür. O, 94 yaşında hicri 74 ilində (ya da 77-də) Mədinədə vəfat etmiş və orada dəfn edilmişdir.
Mənbə: Prof. Heydər Baş, “İmam Ali” səh. 266