İmam Əliyyən Nəqinin (ə.s.) şəhadəti

İmam Həsən (ə.s.) belə buyurmuşdur:

“Bizdən olub da öldürülməyən və ya zəhərlənməyən kimsə yoxdur.”

Tabərsi və İbn Sabbağ əl-Maliki belə demişlər:

“Xəlifə Mötəzzin hakimiyyətinin sonlarına doğru Allahın vəlisi Əli b. Muhamməd (ə.s.) şəhid edildi.”

İbn Babəvəyh, “Xəlifə Mötəzz onu zəhərlədi” deyir.

Tarixçi Məsudi, “Onun zəhərlənərək öldürüldüyü də söylənmişdir” deyir.

Ramazan ayının duası daxilində iştirak edən bu ifadə də bu görüşü dəstəkləməkdədir:

“Onun qanının tökülməsinə ortaq olanların əzabını artır.”

Belə aydın olur ki, İmam Hadi (ə.s.) Ona içirilən zəhərin təsiriylə xəstələnmişdir. Necə ki Muhamməd b. Fərəc, Əbu Daamədən belə rəvayət etmişdir:

“Əli b. Muhammədin (ə.s.) vəfatına gətirib çıxaran xəstəliyi zamanı onu ziyarətə getdim. Qalxmaq istədiyimdə mənə dedi ki:

‘Ey Əbu Daamə! Üzərimə haqqın fərz oldu. Səni sevindirəcək bir hədis söyləyimmi sənə?’

Ona dedim ki:

‘Ey Rəsulullahın oğlu! Buna çox ehtiyacım var!’

Buyurdu ki:

“Mənə atam Muhamməd b. Əli rəvayət etdi; dedi ki: Mənə atam Əli b. Musa rəvayət etdi; dedi ki: Mənə atam Musa b. Cəfər rəvayət etdi; dedi ki: Mənə atam Cəfər b. Muhamməd rəvayət; dedi ki: Mənə atam Muhamməd b. Əli rəvayət etdi; dedi ki: Mənə atam Əli b. Hüseyn rəvayət etdi; dedi ki: Mənə atam Hüseyn b. Əli rəvayət etdi; dedi ki: Mənə atam Əli b. Əbu Talib (ə.s.) rəvayət etdi; dedi ki:

Rəsulullah (s.ə.v.) mənə dedi ki: ‘Ey Əli! Yaz!’

‘Nə yazım?’ dedim.

Buyurdu ki:

‘Belə yaz: Rəhman və Rəhim olan Allahın adıyla. İman, ürəyə yerləşən və əməl ilə təsdiq ediləndir. İslam isə, dildə deyilən və nikahı halal edən sözdür.’”

Dedim ki: ‘Ey Rəsulullahın oğlu! Allaha and olsun ki, hansının daha gözəl olduğunu anlaya bilmədim: hədisinmi, hədisin rəvayət zəncirininmi?’

İmam, ‘Bu hədis, Əlinin (ə.s.) əl yazısıyla Rəsulullahın (s.ə.v.) imlası ilə olan bir səhifədəndir ki, nəsildən-nəsilə onu bir-birimizdən miras alırıq’ buyurdu.”

Tarixçi Məsudi yazır:

“Əbul-Həsən (ə.s.), sonunda vəfat etdiyi xəstəliyə tutulunca, oğlu Əbu Muhammədi (ə.s.) hüzuruna çağıraraq nuru, hikməti, peyğəmbərlərin miraslarını və silahı ona təslim etdi.”

Və səhabələrindən etibarlı bir toplumun hüzurunda onun imamlığını açıqca ifadə edib, onu qəyyumu olaraq təyin etdi. Vəfat edərkən qırx yaşında idi.

Vəfatı üzərinə oğlu İmam Əbu Muhamməd Həsən əl-Əsgəri (ə.s.) Onu yudu, kəfənlədi və cənazə namazını qıldı. Çünki İmamın cənazə işlərini təkcə İmam icra edə bilər.

İmam Hadinin (ə.s.) öz evində dəfn edilməsinin səbəbi, İmamın (ə.s.) şəhid edildiyi gün Əhli-Beyt tərəfdarlarının göstərdiyi münasibət oldu. Çünki İmamın (ə.s.) cənazə mərasimi üçün toplanmışlar ağlayaraq hakimiyyətə qarşı öfkələrini dilə gətirmişdilər. Bu da İmamın öldürülməsində xəlifənin əlinin olduğuna bir işarə idi.

İmamın (ə.s.) cənazəsinin çıxarıldığı məhəllənin münasibəti də böyük bir təsir göstərmişdi. Çünki bu məhəllə Əhli-Beyt (ə.s.) tərəfdarlarının çox olduqları bir yer olaraq bilinirdi.

Necə ki məhəllə ilə əlaqədar olaraq belə deyilmişdir:

İkinci məhəllə, Əbu Əhməd adıyla bilinir. Məhəllənin başı, Mütəvəkkil tərəfindən bina edilən və Bahtişu əl-Mutatabbibin evi olaraq bilinən şərq tərəfindəki evdən başlayırdı.

Sonra Xorasan komandirlərinin və onların əmrindəki ərəblər ilə Qum, İsfahan, Qəzvin, Cəbəl və Azərbaycan əhalisinin cənub tərəfdə sağda yerləşən və qibləyə baxan evləri gəlirdi.

Tarixçi Müzəffəri, “Tarix”ində Əhli-Beyt (ə.s.) məktəbi tərəfdarlarının Samarrada mövcud olduqlarından danışar və belə deyər:

“Əsgərlər, komandirlər, əmirlər və katiblər arasında könlündə Əhli-Beyt dostluğunu daşıyan çox sayda kimsə vardı.”

Bütün bunlardan ötəri rəhbərlik, İmamın (ə.s.) evində dəfn edilməsi qərarını aldı. Hərçənd hadisənin bu ölçüsü tarixdə çox diqqətə çarpan deyil. Ancaq Yaqubi, “Tarix”ində Hicri 254-cü ilin hadisələrində İmam Hadinin (ə.s.) vəfatından danışarkən, etdiyi bu qiymətləndirmələrdən bunu qəbul etmək mümkündür:

“Mötəz, qardaşı Əhməd b. Mütəvəkkili göndərdi. O da, Əbu Əhməd məhəlləsi adıyla bilinən məhəllədə cənazə namazını qıldırdı. İnsanlar toplanıb çoxalınca, ağlaşma və fəryadları da çoxaldı. Bunun üzərinə nəş evinə geri aparıldı və orada dəfn edildi…”

İmamın (ə.s.) şəhid edildiyi günə gəlincə yekdil bir fikir yoxdur.

Əbu Cəfər ət-Tusi “Məsabih” adlı əsərində, İbn Ayyaş və “ət-Durus” adlı əsərin yazıçısı bunları söyləyirlər:

“Rəcəb ayının üçündə bazar ertəsi günü Samarrada vəfat etdi.”

Fəttal ən-Nişaburi də “Rəvzatül-Vaizin” adlı əsərində bu görüşə qatılmaqda və bunları söyləməkdədir:

“Rəcəb ayının üçündə günorta vaxtı Samarrada vəfat etdi.”

Zərəndi isə bunları söyləməkdədir:

“Rəcəb ayının on üçündə bazar ertəsi günü vəfat etdi.”

Amma bütün tarixçilər, Hicri 254-cü ilində şəhid edildiyi barəsində ittifaq etməkdədirlər.

Atasının vəfatından sonra doğru yolda olan Əhli-Beyt davamçılarının hamısı, Əbu Məhəmmədin (ə.s.) imamlığı üzərində birləşdilər. Yalnız Faris b. Xatəm b. Mahəvəyhin adamları xaric. Onlar, Sahibül-Əsgər olaraq bilinən Əbu Cəfər Muhamməd b. Əbül-Həsənin imam olduğunu söyləyirdilər.

Mötəzzinin bu davranışı, zehinləri qarışdırmaq və aldatmağa yönəlmişdi. Atasına qarşı işlətdiyi cinayətin üstünü örtməyə çalışırdı. Onsuz da özündən əvvəlki tağutların Əhli-Beyt İmamlarına (ə.s.) qarşı davam etdikləri ənənəvi davranış da bu idi.

 

Allah əziz İmamın şəfaətlərini bizlərə nəsib etsin!

Mənbə: İMAM EL-HÂDÎ, Prof. Dr. Haydar BAŞ