Əbül-Həsən Əli b. Muhamməd b. əl-Cavad b. Əli ər-Riza b. Musa əl-Kazım b. Cəfər əs-Sadiq b. Muhamməd əl-Baqir b. Əli Zeynalabidin b. Hüseyn əs-Sibt b. Əli b. Əbu Talib, Əhli Beyt İmamlarının onuncusudur.
Anası Səmanə el-Məğribiyyə adında bir ümmül-vələddir. Məğrib əsillidir. İmam Hadinin (ə.s) anası Ümmül-Fəzl kimi tanınmışdır.
210 və ya 214-ci ilin Zilhiccə ayının ortasında və ya Rəcəb ayının ikisində anadan olmuşdur. Mədinədən üç mil uzaqlıqdakı Sarya kəndində dünyaya gəlib.
Rəsulullah (s.ə.v.), İmamların doğumunu müjdə verən uzun bir hədisində onun anadan olmasını bu şəkildə müjdələmişdir:
“Allah onun (İmam Cavadı nəzərdə tutur) sülbündə nə azğın, nə də daşqın, yaxşı və mübarək, xoş və təmiz bir nütfə qoydu. Ona Öz qatından Əli b. Məhəmməd adını verdi. Səkinə və vüqar libasını üzərinə geyindirdi. Ovuclarının içinə bütün elmləri və hər bir gizli sirri qoydu. Sinəsində də özünə bildirdiyi şeylər vardır. Onu düşmənlərindən qorumuşdur”.
Künyəsi Əbül-Həsəndir. Onu, eyni künyəyə malik İmam Museyi Kazim (ə.s) və İmam Rzadan (ə.s) ayırmaq üçün “Əbül-Həsən əs-Salis” deyə anılır.
Ləqəbləri isə bunlardır: Hadi, Nəqi (bunlar ən çox tanınan ləqəblərdir), Mürtəza, Fəttah, Nasih, Mütəvəkkil.
İmam, özünün bu sonuncu ləqəblə çağırılmasından çəkindirmişdir. Çünki Abbasi xəlifəsinin ləqəbi də Mütəvəkkil idi.
“Əl-Mənakib” adlı əsərdə ləqəbləri bu şəkildə bildirilir:
“Nəcib, Hadi, Mürtəza, Nəqi, Alim, Fəqih, Əmin, Mutamən, Təyyib, Əskəri… O və oğlu əl-Əskəriyyən (iki Əskəri) kimi tanınır.”
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: İMAM EL-HÂDÎ, Prof. Dr. Haydar BAŞ