Qədr Gecəmiz mübarək olsun!

Rəhmət, bağışlanma və bərəkət dolu bir gecəyə çatırıq. Min aydan xeyirli olduğu ayədə və hədislərdə bəyan edilən Qədr Gecəmiz mübarək olsun.

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir.” buyurur Cənabı Haqq (Bəqərə, 185).

Qurani-Kərimin Lövhi-Məhfuzdan dünya səmasına enməyə başladığı gecə, Ramazan ayı içərisindəki Qədr Gecəsidir. Cəbrayıl (ə.s.), Peyğəmbərimizə (s.ə.v.) ilk vəhyi bu gecə gətirmişdir. Ələq surəsinin “İkra! Oxu!” əmriylə başlayan ilk beş ayəsi bu gecədə enmişdir.

Qədr Gecəsi Ramazanın son 10 günü içində axtarılmaqdadır.

Bu gecənin mahiyyətiylə əlaqədar olaraq Qurani-Kərimdə Qədr surəsi vardır.

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur.” (Qədr, 97/1-5)

Yenə Hz. Muhamməd (s.ə.v), “Fəzilətinə inanaraq və savabını da tək Allahdan ümid edərək Qədr Gecəsini gözəl əməllərlə keçirənlərin keçmiş günahlarının bağışlanacağı” (Buxari, İman, 25, 27, 28; Müslim, Müsafirin, 173-176) müjdəsini verməkdədir. Hz. Peyğəmbər (s.ə.v.) Qədr Gecəsində, “Allahım sən bağışlayıcısan, bağışlamağı sevərsən, məni də əvf elə!” (Tirmizi, Dəavat, 84; İbn Macə, Dua, 5) deyə dua tövsiyə edərdi. Hz. Fatimə, Qədr Gecəsi Hz. Həsən və Hz. Hüseynin yatmaması üçün az yedirər və səhərə qədər ibadət etmələrini təmin edərdi.

Ayədə, “Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muhəmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)” (Əhzab, 33) buyurular. Bu gecə aləmlərin Onun hörmətinə var edildiyi Rəhmət Peyğəmbərinə çox salavat oxumalıyıq.

Bu günümüzdə İslamın bir çox təhditlər altında olduğunu görməkdəyik. Beləki günümüzdə “peyğəmbərə ehtiyac yoxdur, Quran ağılla dərk edilir, sünnə, icma, qiyasi-fiqh kimi İslamın təməl qaynaqları deyə bir şey yoxdur” kəlimələri eşitməkdəyik.

Bu sayıqlamaları bəyan edənlərin inanın ki, İslamla da əlaqələri yoxdur… Əhəmiyyətli olan İslam əqidəsinin təhrif edilməsi ilə birliyimizin, dirliyimizin pozulmasıdır.

Bu səbəblə səmaya açılan əllər, İslam aləminin birliyi və dirliyi üçün daha çox dua etməlidir.

Cənabı Haqq, Hz. Muhamməd Mustafa (s.ə.v.), Hz. Fatimə, Hz. Əli, Hz. Həsən və Hz. Hüseyn hörmətinə bunu bizlərə nəsib etsin.

İmam Zeynəlabidinin Allahın razılığını qazanmaq ümidi ilə etdiyi bir dua ilə bitirək: “İlahi! Bizi sənə qovuşduran yollara çatdır. Bizi sənə ən tez çatdıran yolda hazır et. Uzağı yaxın et bizim üçün. Çətin və şiddətli olanı bizə asanlaşdır.” (İmam Zeynəlabidin, Prof. Dr. Haydar Baş).

Qədr Gecəmiz mübarək olsun.