Mübahələ hadisəsi

     

    Rəsul-i Əkrəm (s.ə.v.) Nəcran xristianlarını İslam’a dəvət etdikdən sonra, onların qabaqcıl alimlərindən olan Səyyid, Akıb, Casilik, Alqamə və 70 nəfərdən çox bir qrup, 300 nəfərə çatan təqibçiləri ilə bərabər Mədinəyə gəldilər. Rəsulullah (s.ə.v.) ilə etdikləri elmi mübahisələrdə, sabit və möhkəm dəlillərlə gərəkən cavabları alaraq məğlub oldular. Çünki Rəsulullah’ın (s.ə.v.) dəlilləri onların əlində olan və onlar tərəfindən güvənilən kitablardan gətirilən dəlillər idi. Rəsulullah (s.ə.v.) o kitablardan da dəlillər göstərərək, özünün haqlı olduğunu isbat etdi və Hz. İsa’nın (ə.s.) Hz. Peyğəmbər’in (s.ə.v.) əlamətləri, nişanələri haqqında söylədiyi sözləri və zuhur edəcəyi ilə əlaqədar olaraq xəbər verdiyini onlara anlatdı. Əslində xristianlar Hz. İsa’nın (ə.s.) verdiyi xəbərlərə görə belə bir zühurun olacağını gözləyirdilər. Buna görə “O (Rəsul) dəvəyə minmiş halda (Məkkədə olan) Faran dağlarından üzə çıxacaq, İyr və Uhud (Mədinə) arasında hicrət edəcəkdir.”

    Hz. Rəsulullah’ın (s.ə.v.) dəlilləri elə güclü idi ki, təslim olmaqdan başqa yolları qalmadı. Ancaq məqam və mövqe sevgisi onların təslim olmasına əngəl olurdu. Onların İslam’ı qəbul etməmələri ilə əlaqədar olaraq, Rəsulullah (s.ə.v.) Allah’ın (c.c.) əmri üzərinə doğrunun yalançıdan və haqqın batildən ayırd edilməsi üçün onlara mübahələ (qarşılıqlı bəddua etmək) edilməsini təklif etmişdir. Rəvayətə görə, Rəsulullah (s.ə.v.) özünə enən (zilhiccənin 24 və ya 25) və onları mübahələyə dəvət edən bu ayəni oxudu: «Sənə göndərilən elmdən sonra buna (İsa’nın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allah’a) dua edib yalançılara Allah’ın lənət etməsini diləyək!” (Ali-İmran, 61).

    Xristianlar bu təklifə razı oldular. Ancaq bu işin bir gün sonraya olmasını istədilər. Hz. Peyğəmbər (s.ə.v.) onların bu təklifini qəbul etdi. Ertəsi gün onların hamısı, yetmişdən çox biliciləri ilə Mədinənin çıxışında, Rəsulullah’ın (s.ə.v.) çox böyük dəstə ilə onları hədələmək və qorxutmaq üçün gələcəyini düşünürdülər. Birdən “Mədinə” qalasının qapısı açıldı. Rəsulullah (s.ə.v.) sağında bir gənc, solunda hicablı bir qadın, önlərində isə iki uşaqla gələrək xristianların qarşısındakı bir ağacın altında oturdu. Bunlardan başqa onların yanında heç kimsə yox idi. Xristianların ən bilici keşişi tərcüməçilərdən, “Məhəmməd ilə gələnlərin kimlər” olduğunu soruşdu və onlar: “O gənc kürəkəni və əmisi oğlu Əli b. Əbu Talib’dir. O qadın O’nun qızı Fatimə, iki uşaq isə O’nun nəvələri və qızının övladları olan Həsən və Hüseyn’dir”- dedilər. Keşiş bu şəraitdə xristian bilicilərə belə dedi: “Baxın, Məhəmməd necə də rahat bir halda ən yaxınlarını, övladlarını və ən çox sevdiyi əzizlərini lənətləşməyə gətirib, onları bəlaya məruz qoydu. Allah’a and olsun ki, əgər onun şübhə və ya qorxusu olsaydı, onları əsla gətirməz və lənətləşmədən əl çəkərdi, yaxud heç olmasa ailəsindən olan sevdiklərini bu hadisədən uzaq tutardı. Onunla lənətləşməyimiz qəti şəkildə doğru deyildir. Əgər Rum Keysərindən qorxmasaydım ona iman edərdim. Bu təqdirdə, onun istəklərini qəbul edib və anlaşıb şəhərimizə dönək.” Oradakıların hamısı “Söylədiklərin doğrudur” deyib, keşişin dediklərini təsdiq etdilər. Sonra keşiş Hz. Peyğəmbərə (s.ə.v.): “Biz, səninlə lənətləşmək yox, anlaşmaq istəyirik” dedi. Hz. Peyğəmbər (s.ə.v.) də onların bu təklifini qəbul etdi. Müqavilə Hz. Əli’nin (ə.s.) əli ilə yazıldı. Rəsulullah (s.ə.v.) bu hadisə ilə əlaqədar belə buyurdu: “Canımı əlində tutan Allah’a and olsun ki, əzab və bəla Nəcranlıların başları üzərində dolaşırdı. Əgər lənətləşməyə gəlsəydilər meymun və donuz şəklinə düşəcəkdilər. Bütün vadi atəşlə dolar və Uca Allah bütün Nəcran xalqını yox edərdi.”

    Hz. Əli (ə.s.) peyğəmbərlik məqamını çıxmaq şərti ilə Rəsulullah’ı (s.ə.v.) həyatında və ölümündən sonra tam mənada təmsil edə bilən tək və ən kamil insandır.

     

    Uca Allah şəfaətlərindən ayırmasın! Prof.Dr. Haydar Baş